Modern.az

Fidel Kastronun sevgilisi öldü

Fidel Kastronun sevgilisi öldü

3 Mart 2015, 11:24

49 il Kubaya liderlik etmiş Fidel Kastronun 90 yaşlı keçmiş sevgilisi Natalya Revuelta Klevs Havana şəhər xəstəxanasında keçinib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş inqilabçı ötən il insult keçirmişdi.

Fidel Kastronun “26 iyul hərəkatı”nın üzvü olan Revuelta daha çox “Nati” ləqəbi ilə tanınıb.

Onlar 1952-ci ildə tanış olmuşdular.

Natalya Revuelta Kastronun həbs müddətində onunla aktiv yazışıb və bütün pullarını, zinət əşyalarını inqilabi hərəkata bağışlayıb.

Revuleta və Kastro hər ikisi evli olsa da, sevgili münasibətlərini qoruyub saxlayırdılar.  

1956-cı ildə onların nikahdankənar qızları Alina dünyaya gəlib. Kastro 1956-cı ildə, Natalya Revuleta isə 1959-cu ildə öz həyat yoldaşından ayrılsalar da, evlənməyiblər.

Kuba inqilabının lideri yalınz 1980-ci ildə yenidən ailə həyatı qurub. Revuleta isə ömrünün sonuna qədər bir daha nikaha daxil olmayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü