Arxiv
24 Aprel 2015, 17:45 | QARABAĞ
Yalanın 100-cü İLİ


Elməddin BEHBUD
Demokratik Azərbaycan Naminə İctimai Birliyinin sədri

Yüz ildir davam edən saxta soyqırım iddialarının məhz 24 aprel tarixinə indekslənməsi əslində nə ilə əlaqədardır və nəyə görə bu tarix seçilib? 1915-ci ilin 24 aprelində Osmanlı dövləti erməni komitələri və partiyalarının fəaliyyətinə son verilməsi, İstanbulda 2345 nəfər erməni terroristinin həbs edilməsiylə bağlı qərar qəbul etdi. Bu qərar birinci dünya savaşında iştirak edən Osmanlı dövlətinin şərq əyalətlərində yaşayan ermənilərin ölkələrinə qarşı xəyanətkar mövqe seçməsi, türk-müsəlman əhaliyə qarşı kütləvi qırğınlar törətməsinin nəticəsi kimi ortaya çıxmışdı. 24 aprel tarixində heç bir erməninin sürgünə göndərilməsiylə bağlı sənəd imzalanmayıb. Ermənilərin köçürülməsi, yaşayış yerlərinin dəyişdirilməsi 27 may 1915-ci ildə “Təhcir (Köç) Qanunu”nun qəbul olunmasından sonra həyata keçirilməyə başlayıb. Yəni 24 aprel millət kimi varolma modelini Türklərə nifrət üzərində quran bədnam ermənilərin iddia etdiyi kimi “soyqırım”a səbəb olan köçürülmənin tarixi deyil, başda “Daşnaksütyun”, "Hınçak" olmaqla terror və pozuculuq fəaliyyəti ilə məşğul olan komitələrinin bağlanması və cinayətkarın həbs edilməsi günüdür. “Təhcir Qanunu” yalnız ermənilərə yox, xarici dövlətlərə satılaraq Osmanlını içəridən sarsıtmağa çalışan bütün qüvvələrə qarşı idi, sənəddə məxsusi erməni vurğusu yoxdur. Çox təəssüflər olsun ki, Osmanlı dövlətində 22 nazir, 33 millət vəkili, 29 paşa, 7 səfir, 11 baş konsul və digər yüksək vəzifələrdə təmsilçisi olsa da, xislətində Türklərə qarşı yaşadığımız qalaktikadan daha böyük miqyasda kin və nifrət gizlədən ermənilərin vətəndaşı olduqları dövlətə qarşı etdiklərinin hesabını soruşan yoxdur.
1970-ci illərdən Anadoluda aparılan qazıntılarda ortaya çıxan toplu türk məzarlıqlarını dünyanın görəcək gözü yoxdur... Kiçik istisnalarla sanki bütün dünyanın şər və böhtan mexanizmi qlobal güc olmaq iddiasını gerçəkləşdirmək potensialını durmadan artıran Türkiyənin önünü kəsmək üçün azı bir əsrdir alət missiyasını daşıyan ermənilərdən var gücüylə yararlanmağa yönəldilib. 12 apreldə Roma Papasının saxtakarların sırasına qoşularaq, 1915-ci il hadisələrini "soyqırımı" adlandırması sülhün, barışın, dünayada mənəvi tarazlığın qorunması missiyasına sahiblənənlərin əslində ən böyük dini, etnik parçalanmalara həmmüəlliflik etdiyini göstərdi.

15 aprel 2015-ci ildə Avropa Parlamentinin, 23 apreldə Avstriya Parlamentinin "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərarlar da saxta tarix yazmaq hikkəsindən başqa bir şey deyil. Açıq-aydın görünür ki, beynəlxalq hüquq sisteminin, bəşəri dəyərlərin tapdanması işinə şəriksiz müəlliflik uğrunda yorulmadan mübarizə aparan Avropa və ABŞ üçün Doğu Anadoludakı 1915-ci il hadisələrinin 100 illiyi - yalanın 100-cü ili növbəti fürsətdir.

24 aprel bu il həm də Çanaqqala savaşının yüzüncü ildönümü münasibəti ilə qardaş Türkiyənin keçirdiyi möhtəşəm tədbirlərlə yadda qaldı. Bəli, Türkiyənin 250 min vətən övladını savaşda qurban verərək qalib gəldiyi Çanaqqala... O Çanaqqala ki, çar müstmləkəsi altında olmasına baxmayarq Anadoludakı qardaşlarının vətən mücadiləsinə Azərbaycandan da minlərlə insan köməyə getmiş və  3 minə qədəri şəhid olmuşdu.  Bu hadisələrin eyni vaxtda qeyd olunmasını təsadüf saymaq mümkün olmadığı kimi iş Türk dünyasına, Azərbaycana, Türkiyəyə çatanda Qərbin ədalət anlayışından imtinasını da gözardı etmək mümkün deyil.

 İllərdir hazırlaşdığı saxta soyqırımın 100 illiyini gözləniləndən çox sönük şəkildə qeyd edən Ermənistana dəstək verən beynəlxalq güclər sanki ötən əsrin əvvəllərindəki məğlubiyyətlərinin qisasını alırlar. İnkişaf edən, ciddi regional güc olan Azərbaycanın ərazilərini himayədarlarının birbaşa dəstəyi ilə işğal altında saxlayan Ermənistana təcavüzkar deməkdən imtina edən insan haqları istismarçısı olan Qərb dövlətlərinin ölkəmizə münasibəti də bir başqa mənada yenə də bu konteksdədir. Müstəqil və qüdrətli, artqı Türkiyəni beynəlxalq tribunalarda və layihələrdə tək buraxmayan Azərbaycanın varlığını həzm edə bilmirlər.

Millətimizin Anadolu torpaqlarındakı qurduğu qardaş Türkiyə dövlətinin ötən yüzillikdəki ən böyük qəhrəmanlıq dastanı olan Çanaqqala zəfəri bütün Türk dünyasının qürurudur. Ancaq bu qələbə hələ ki, təkdir..."Bir millət, iki dövlət" olduğumuz kimi bir gün Çanaqqala ismini ayrı möhtəşəm bir zəfərin adıyla qoşa şəkildə söyləyəcəyimizə tam əminəm. O ada isə iddialı hədsizdir! ŞUŞA, XANKƏNDİ, XOCAVƏND, LAÇIN, XOCALI ..............................

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Delimitasiya üçün Xalq Cümhuriyyətinin xəritəsi əsas götürülsün!” – TƏKLİF 25 Oktyabr 2021, 13:45 Şənbə-bazarın yol terroru - 8 qəza, 8 ölü 25 Oktyabr 2021, 13:22 Ən çox və ən az məhbusu olan ölkələr: Azərbaycan neçəncidir? - REYTİNQ 25 Oktyabr 2021, 13:17 Rayon sakinlərindən odlu silah GÖTÜRÜLDÜ 25 Oktyabr 2021, 13:12 Koronavirusun delta ştammının FOTOSU 25 Oktyabr 2021, 13:06 Dələduz qadın tutuldu 25 Oktyabr 2021, 13:00 Azərbaycanın mükafatı fəxri konsula verildi 25 Oktyabr 2021, 12:54 Hamilə qadınlar da peyvənd oluna bilər - RƏSMİ 25 Oktyabr 2021, 12:48 Hadi Rəcəbli HARALARDADI... 25 Oktyabr 2021, 12:45 Rusiya ilə Ermənistan Zəngəzurda hərbi təlimlər KEÇİRDİ 25 Oktyabr 2021, 12:39 Goranboyda şəhidin məzarı ziyarət olunub 25 Oktyabr 2021, 12:35 Qanunsuz meşə materialı AŞKARLANDI 25 Oktyabr 2021, 12:31 Prokurorluq 37 yaşlı kişinin ölümünü ARAŞDIRIR 25 Oktyabr 2021, 12:26 Türkiyədə meşələri yandıran 7 rusiyalı saxlanıldı 25 Oktyabr 2021, 12:20 Azərbaycan hansı ölkədən hərbi təyyarələr alacaq? 25 Oktyabr 2021, 12:15 Sabah Bakıda yağış yağacaq 25 Oktyabr 2021, 12:10 8 maşından OĞURLUQ ETDİ 25 Oktyabr 2021, 12:05 Mehriban Əliyeva Qubadlıdan paylaşım etdi - FOTO 25 Oktyabr 2021, 12:00 Qahirədə müdavimlərlə GÖRÜŞ   25 Oktyabr 2021, 11:55 Sərxoş oğru TUTULDU 25 Oktyabr 2021, 11:50 DOST Mərkəzinə MEDİATUR 25 Oktyabr 2021, 11:46 İrəvan-Gümrü qatarı daşa basıldı 25 Oktyabr 2021, 11:42 Azərbaycanın Türkiyəyə ixracı 2 milyard dollara çatır 25 Oktyabr 2021, 11:38 Paşinyan Qafqazda “sülh dövrü”nün başlandığını ELAN ETDİ 25 Oktyabr 2021, 11:34 Bakının mərkəzində qumbara tapıldı - FOTO 25 Oktyabr 2021, 11:30 Tuneldə QƏZA - FOTO 25 Oktyabr 2021, 11:27 Ermənistan hərbi xərclərini artırır – Paşinyan AÇIQLADI 25 Oktyabr 2021, 11:25 Hafiz Hacıyevi süni tənəffüs aparatından ayırıblar - YENİLƏNİB 25 Oktyabr 2021, 11:20 Sabiq şöbə müdirinin məhkəməsində tələbələr dindirildi 25 Oktyabr 2021, 11:16 1059 nəfər toyalara BURAXILMADI 25 Oktyabr 2021, 11:12 “Azəriqaz”ın növbəti aksiyası Cəlilabadda 25 Oktyabr 2021, 11:08 Ermənistanda COVID-19-dan daha 42 nəfər öldü 25 Oktyabr 2021, 11:04 Havar Məmmədov təltif olundu - FOTO 25 Oktyabr 2021, 11:00 Bizimkilər - “Hakim partiyanın qəzetində çalışmağın böyük məsuliyyəti var” - MÜSAHİBƏ 25 Oktyabr 2021, 10:56 Evdən 8500 manat pul OĞURLADI 25 Oktyabr 2021, 10:52