Modern.az

İş adamları və bələdiyyə başkanları “525-ci qəzet” və Modern.az saytında olublar

İş adamları və bələdiyyə başkanları “525-ci qəzet” və Modern.az saytında olublar

Media

1 Oktyabr 2010, 18:39

Azərbaycanda səfərdə olan türkiyəli qonaqlar bu gün “525-ci qəzet” və Modern.az saytında olublar.
Görüşdə türkiyəli qonaqlar Mersin-Silifke Bələdiyyə başkanı Bayram Əli Öncel, Mersin-Atakent bələdiyyə başkanı Hasan Uslu, Silifke Ticaret Odasının yönətim kurulu üzvü Yevfik Yıldırım, Avrasya Ekonomik İlişkiler Dərnəyi başkanı, Avropa TV-nin Türkiye təmsilçiliyinin başqanı Hikmet Eren iştirak edib.

Qonaqlar iki ölkə arasında əlaqələrin daha da istiləşməsində medianın böyük rol oynadığını vurğulayıbar. Bu istiqamətdə “525-ci qəzet” və Modern.az saytının ciddi işlər gördüyünü dilə gətiriblər.

Modeen.az saytının baş redaktoru Elşad Eyvazlı belə görüşlərin əhəmiyətindən danışıb və bundan sonra da qarşılıqlı səfərlərin təşkil edilməsinin zəruriliyini vurğulayıb.









Modern.az

Sizə yeni x var
Keçid et
Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?