Modern.az

Çində general-leytenanta ölüm hökmü verildi

Çində general-leytenanta ölüm hökmü verildi

10 Avqust 2015, 16:28


Çin hərbi məhkəməsi daha bir yüksək vəzifəli şəxsi ölüm hökmünə məhkum edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin ordusunun maddi təminat departamentinin direktor müavini, general-leytenant Qu Yünşanya edam olunacaq. General vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyada ittiham olunur. Hökm 2 ildən sonra icra olunacaq.

Beynəlxalq hüquq müdafiə təşkilatları Çin Xalq Respublikasını edamların sayına görə dünyada 1-ci yerə qoyur. Lakin bu ölkədə nə qədər insanın edam olunduğu haqda dəqiq informasiya yoxdur.    

Vüqar İsmayılov   

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi