Arxiv
14 Oktyabr 2009, 18:10 | QARABAĞ
“Mən İnsanam – 2009” kino festivalı Cənubi Qafqazı qarış-qarış gəzib

Cənubi Qafqaz Sülh və İnsan Hüquqları kinofestivalı öz işini bu il də davam etdirib. “Mən İnsanam” adı ilə baş tutan tədbir Cənubi Qafqazda bu forma və məzmunda keçirilən ilk festivaldır. Festival çərçivəsində Cənubi Qafqazın şəhər və kəndlərində müxtəlif ölkələrlə bağlı sənədli filmlər nümayiş etdirilib. Bu filmlərə Azərbaycan tamaşaçısının baxmaq imkanı da olub. Filmlərin Bakı, Şəki, Mingəçevir, Gəncə və Balakən şəhərlərində nümayişi təşkil olunub. Layihə Gürcüstanın Açıq Cəmiyyət, Henrix Böll, Qara Dəniz, Avrasiya Əməkdaşlıq fondları və İsveçrənin Gürcüstandakı səfirliyi  tərəfindən dəstəklənib. Festivalın ideyası 2005-ci ildə “Gücüstanın - Açıq Cəmiyyət” Fondu və 2003-cü ildən Henrix Böll Fondunun (Almaniya)  partnyorları və dostları tərəfindən yaranıb. Təşkilatlar Cənubi Qafqazdan festivalın münsiflər heyəti üzvlüyünə təcrübəli mütəxəssislər dəvət ediblər. Heyətin tərkibi Cənubi Qafqazın regionlarının nümayəndələrindən, həm də filmşünaslar və hüquq müdafiəçilərindən ibarət tərkibdə balanslaşdırılıb. Təqdim olunan filmlər Praqa festivalında nümayiş olunub. Filmlərin seçimi Cənub Qafqaz, Çexiya və Almaniyadan olan kinomatoqraflar, filmşünaslar və içtimai təşkilatların nümayəndələri tərəfindən edilib. Münaqişələrin sülh yolu ilə həll olunması mövzusunda dünya səviyyəsində aktual filmlər seçilib. Filmlərin mövzusu müharibə dövründəki, müharibədən sonrakı həyatdan, insanların bu problemlərin öhdəsindən necə gəlməsindən bəhs edir. Ciddi beynəlxalq reputasiya qazanmış filmlər nümayişlərdə Azərbaycan dilində səsləndirilib.

Bu, müsabiqə xarakterli festival deyil. “Festival “təkərlər üzərindədir.  “Biz sizin yanınıza kinokomandamız, videotexnikamızla gəlirik!” şüarı ilə həyata keçirilən tədbirin təşkilatçıları səmimi, sadə sözlərlə insanlarla ünsiyyətə girib. İnsan haqları, sülh məramlı notlara köklənən festival şəhərlərə, qəsəbə və kəndlərə yollanıb. Təqdim olunan filmlər arasından qalib olmuş yerli təşkilatçılara təqdim olunan 10 filmdən 3 gün nümayiş etdirmək üçün 6-ı seçmək imkanı yaradılıb. 3 günlük proqram tərtib olunub, filmlərin nümayişindən sonra isə iştirakçılarla diskussiyalar təşkil olunub. Filmlər yarımmetrajlı və qısametrajlı olub. Festivala start verilməzdən əvvəl İstanbulda 25 müsabiqə qalibi və münsiflər heyəti üzvlərinin hazırlıq görüşü keçirilib.Görüşdə filmlərin və festival proqramının müzakirəsi aparılıb.

Festivalın fəlsəfəsi – Niyə sülh və müharibə, insan hüquqları problemlərinə aid əcnəbi sənədli filmlər nümayiş olunur? Bu suala biz Bakı şəhərində keçirilən film festivalın təşkilatçısı Mətanət Müslümqızı ilə cavab axtarmağa çalışdıq. Müsahibimiz bildirdi ki, belə səviyyədə, məhz bu səpkidə tədbirlərin Azərbaycanda keçirilməsi çox vacibdir: “Mən ilk dəfədir ki, film festivalda iştirak edirəm. İlk dəfə eşidəndə festival maraqlı tərəfləri və özünəməxsusluğu ilə diqqətimi cəlb etdi və tədbirlərə qatılmaq üçün müraciət etmək qərarına gəldim. Müraciətim müsbət qarşılandı və səmimi deyirəm ki, iştirakçı olmağımdan peşiman deyiləm. Təkcə ona görə ki,  mən bu filmləri izləmək imkanı əldə etdim. Filmlər doğrudan da, yüksək səviyyəli, aktual problemləri özündə əks etdirən, insanı düşündürməyə vadar edən, ciddi müzakirələr açmağa şərait yaradan sənət əsərləridir”.

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türk özünü qorumur, Tanrı türkü qorusun... 2 İyul 2020, 10:36 Ziya Məmmədovun qardaşı oğlu sürücülük hüququndan məhrum edilir 2 İyul 2020, 10:27 Rövnəq Abdullayev işçilərin aylıq əlavə ödənişlərini 50 faiz AZALTDI - ÖZƏL 2 İyul 2020, 10:21 DİM pulsuz onlayn sınaq imtahanı keçirir 2 İyul 2020, 10:18 Dərsliklərlə bağlı yeniliklər 2 İyul 2020, 10:13 İşdən çıxan icra başçısının müavini - “Qardaşım məni el arasında biabır etdi” 2 İyul 2020, 10:08 Milli Məclisdə iqtisadiyyatı ən yaxşı hansı deputat bilir? - Ekspert RƏYLƏRİ 2 İyul 2020, 10:02 Neft yenidən bahalaşdı 2 İyul 2020, 09:56 Milli Məclisə gəlməyən Oqtay Əsədov özünə köməkçi də götürməyib 2 İyul 2020, 09:50 Dünyada koronavirusa qarşı 141 fərqli vaksin hazırlanır 2 İyul 2020, 09:45 Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi 2 İyul 2020, 09:40 Lerikdə avtomobil dərəyə aşdı - 3 NƏFƏR ÖLDÜ 2 İyul 2020, 09:34 Rusiyada Konstitusuya referendumunun nəticələri AÇIQLANDI 2 İyul 2020, 09:28 Bu gün dollar neçəyədir? - Rəsmi məzənnə 2 İyul 2020, 09:22 Cəbhədə gərginlik artıb - düşmən snayperləri işə saldı 2 İyul 2020, 09:16 Şamaxı icra başçısına yeni müavin təyin olundu 2 İyul 2020, 09:10 İlham Əliyev: “Polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir” 2 İyul 2020, 09:05 2 iyul Polisin GÜNÜDÜR 2 İyul 2020, 09:00 Parlamentin yaz sessiyası jurnalistlərin yadında necə qaldı?.. 2 İyul 2020, 08:55 “Sosial şəbəkələrdə əhali arasında vahimə yaradan yalan məlumatlar yayılır” - Nazir 2 İyul 2020, 08:53 Daxili İşlər Naziri zərərsizləşdirilmiş cinayətkar qruplardan DANIŞDI 2 İyul 2020, 08:47 Vilayət Eyvazov: “İctimai nəqliyyatda sərnişinlərin bəzən yarısı maskadan istifadə etmir” 2 İyul 2020, 08:43 Ərdoganla Merkel telefonla danışdı 2 İyul 2020, 08:21 Bu gün buraxılış imtahanı keçirilir 2 İyul 2020, 08:14 Şamaxıda zəlzələ olub 2 İyul 2020, 08:00 Donald Tramp vəd verdi: “Çox tezliklə bizdə vaksin olacaq” 2 İyul 2020, 00:59 “Zaminbank”ın sədri həbs edilib 2 İyul 2020, 00:46 Sosial şəbəkə ilə bağlı mövqe siyasilər arasında qarşıdurma yaratdı 2 İyul 2020, 00:33 Mehriban Əliyeva polis əməkdaşlarını təbrik etdi - FOTO 2 İyul 2020, 00:22 Azərbaycanda Polis günü qeyd olunur 2 İyul 2020, 00:12 Əri ilə mübahisə edən qadın özünü 5-ci mərtəbədən atdı 1 İyul 2020, 23:54 Çempionlar Liqasının təqvimi AÇIQLANDI 1 İyul 2020, 23:41 Koronavirusun xroniki mərhələyə keçmə ehtimalı var 1 İyul 2020, 23:24 Rusiyada ümumxalq səsverməsi başa çatıb 1 İyul 2020, 23:07 Şirvanda küçədə kişi meyiti tapıldı 1 İyul 2020, 22:55