Modern.az

Məkkə faciəsinin səbəbkarı tapıldı-28 nəfər edam ediləcək

Məkkə faciəsinin səbəbkarı tapıldı-28 nəfər edam ediləcək

26 Sentyabr 2015, 01:16

Həcc ziyarəti zamanı Minada baş verən fəlakətə görə kralın oğlu Məhəmməd bin Salman ittiham olunur .Modern.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı kralının oğluna aid kortejin Minaya daxil olması bu faciə ilə nəticələnib. Belə bir iddianı ilə Livanın "Əl-Diyar" qəzeti irəli sürüb.

Məqalədə deyilir ki, Səudiyyənin Müdafiə naziri olan vəliəhd xidmətçi və müdafiəçiləri ilə birgə silahlı kortejlə Minanın mərkəzində olub.

“Ərəbistan rəsmiləri vəliəhd karvanının Minada olmasını gizlətməyə çalışır. Həqiqət budur ki, hacıların Minada toplandığı vaxtda Məhəmməd bin Salman bu mərasimdə iştirak etməyə qərar verib. 200 əsgər və 150 polisin müşayiəti ilə Minaya girib. Bu anda hacıların hərəkət istiqaməti dəyişib. Hətta ilk hərəkət istiqamətinin əksinə bir axın başlayıb. Bundan sonra izdiham sürətli şəkildə artıb. Faciə də elə bu an meydana gəlib,” –deyə qəzet yazıb. 

Kralın oğlu geri dönsə də, faciənin miqyası daha da böyüyüb. Hacılar bir-birilərini itələyərək yerə yıxılıblar. Yerə yıxılanlar digər zəvvarların ayaqları altında qalaraq əzilib və nəfəs ala bilmədikləri üçün həyatlarını itiriblər.

 Bu hadisəyə görə saxlanılan 28 nəfər edam ediləcək. Səudiyyə Daxili İşlər naziri bu şəxslərin hacıların gözü qarşısında edam ediləcəyini bəyan edib. O, bunun gələcək illərdə bir daha belə faciə baş verməməsi üçün ediləcəyini açıqlayıb.(Anspress.com)

 Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir