Arxiv
17 Dekabr 2010, 11:36 | MEDİA
Yol polisi hansı sürücü jurnalistləri cərimələyib? (sorğu)

Yol polislərinin işindən söhbət düşəndə, əksər avtomobil sürücüləri narazılıq edir, deyirlər ki, filan vaxt, filan yerdə yol polisi onu səbəbsiz yerə saxlayıb, cərimə balı yazıb və s. Hamı da günahı yol polisində görür. Amma yaddan çıxarmaq olmaz ki, hamı nümunəvi sürücü deyil,  yollarda qayda-qanunları bilməyən, onları pozan o qədər sürücülər avtomobil idarə edir ki...
Buna görə də günahı ancaq yol polisində axtarmaq ədalətsizlik olar.
Elə sürücülər var ki, demək olar, hər gün yol hərəkəti qaydalarını pozurlar. Maraqlıdır görəsən avtomobili olan jurnalistlər sonuncu dəfə yol hərəkəti qaydalarını nə vaxt pozublar və yol polisinin onları saxlaması nə ilə nəticələnib?
Modern.az-ın əməkdaşı bu sualla maşın sahibi olan jurnalistlərə müraciət edib.

“Nəsimi yol polisləri məni aldatdı...”

“Ekspress” qəzetinin müxbiri İntiqam Məmmədli:
“Yol polisi axirinci dəfə məni dekabrın 6-da Cəfər Cabbarlı heykəlinin yanında 10 metr yolu əksinə getdiyim üçün saxlayıb. Bu hardasa, axşam saatlarında - 20:00 radələrində olub. Bu zaman həm mənim günahım olub, həm də onlar məni aldadıblar. Əksinə getdiyim yolda polis maşını ilə üz-üzə gəldim, o da “miqalka”sını yandırmadığı üçün DYP-çilər olduğunu bilmədim. Təbii ki, uzaqdan gələndə “miqalka”sını yandırsaydı, mən də işimi bilərdim, hardasa bir balaca məsuliyyətli olardım və 10 metr məsafəni əksinə getməzdim. Onsuz da məsuliyyətliyəm, amma neyləyəsən, insan tələsəndə bir az məsuliyyətsizlik edir.
Nə isə məni saxladılar, qaydanı pozduğum üçün soruşdum ki, cəzam nə olacaq? Dedilər “20 manat ver canın qurtarsın”. Mən də dedim ki, üstümdə indi yoxdur, cərimə barədə məktubu evə göndərsəniz neçə manat edər? Dedilər elə 20 manat. Dedim onda üstümdə pulum yoxdu, yazın məktubu evə göndərin.
Həmin yol polisləri cərimə yazdılar, mənə də qol çəkdirdilər və dedilər ki, beş-altı gündən sonra Nəsimi rayon Yol Polisi İdarəsinə gələrsən, oradan sürücülük vəsiqəni götürərsən.
Mən də beş-altı gündən sonra həmin idarəyə getdim və məlum oldu ki, yol polisləri məni aldadıblar. Mənə 151.2 deyilən maddəni yazıblar, bu da  20 manat yox, 42 manat cərimə və 3 bal edir. Belə çıxır ki, mən hadisə yerindəcə onlara 20 manat versəydim, elə onunla da canım qurtarardı.
Məni aldadan həmin yol polisləri 459 nömrəli avtomobillə hərəkət edən Qasımov Ceyhun və Rəsulov Sərhəd idi. Çox istərdim ki, onların rəhbərləri bilsin ki, bu DYP işçiləri yolda sürücələri saxlayır, yerində kim 5 manat versə canını qurtarır, verməyəndə isə özlərinin gizli kağızlarında istədikləri məbləğdə cərimə yazırlar. Buna qarşı bir tədbir görsünlər. İstərdim ki, Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin də rəisi də bu barədə məlumatlı olsun. Sürüçüləri aldadırlar, istədiyi məbləği yerindəcə verməyəndə beş qat artıq cərimə yazıb evə göndərirlər. Mənə verdikləri kağızda heç bir maddə göstərilmir, amma idarəyə gedəndən sonra  öz kağızlarında qeyd edirlər. Bax bu onların oğurluğudur”.

“Cəriməni evə göndərərsiniz...”                

“Üç nöqtə” qəzetinin müxbiri Xalid Vahidoğlu:
“Yol polisi sonuncu dəfə məni dekabr ayının 10-da Hacıqabul yolu istiqamətində saxlayıb. Yol polisləri sürət həddini aşdığımı bildirdilər və mən də dedim ki, əgər elədisə, onda cəriməni yazıb  göndərin yaşadığımız ünvana biz də ödəyək. Bununla da məsələ yekunlaşdı və biz yolumuza davam etdik”.

“Heç sənədlərimə də baxmadılar...”

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev:
“Göz dəyməsin, polsilər məni çox saxlamırlar. Axırıncı dəfə təxminən 20 gün bundan əvvəl Axundov bağının yaxınlığında saxlayıblar. Onda mən maşını sağa verib saxladım. Kəməri çıxarıb, sənədlərimi təqdim etməyə hazırlaşırdım ki, polislərdən biri mənə işarə elədi ki, “sür get”. Heç sənədlərimə də baxmadılar.
Ümumiyətlə üç ildir ki, sürüçülük vəsiqəm var, amma indiyə kimi heç vaxt vəsiqəm yazılmayıb, nümunəvi sürücü olmağa çalışıram”.

“Jurnalist olduğuma görə güzəştə getdilər...”

“525-ci qəzet”in müxbiri Rufik İsmayılov:
“Yol polisi məni axırıncı dəfə bir ay bundan əvvəl Xırdalandan çıxıb Masazıra gedən yoldakı  dairədə saxlayıb. Buna da səbəb mənim yol hərəkəti qaydalarına düzgün riayət etməməyim olub. Baş yola keçdiyim üçün soldan gələn, yəni baş yoldan gələn maşınları gözləməli idim. Bir az diqqətsizlik etdim. Döngəni gəldiyim sürət ilə də keçdim, bunu da yol polisi gördü, mikrofonla nömrəmi deyib, sağa verib saxlamağımı əmr etdi. Mən də saxladım. Əslində mənim hərəkətim İnzibati Xətalar Məcələsinin müvafiq bəndinə əsasən qəza şəraiti yaratmaqdır, “3” intizam balıdır və hardasa 40 manatdan yuxarı cərimə ödəməlisən. Amma sağ olsunlar ki, media işçisi olduğumu nəzərə alıb hörmət etdilər. Yenə də deyirəm ki, onlara heç bir tabesizlik nümayiş etdirməmişəm. Yol polisləri sənədlərimlə tanış olmaq istəyəndə sürüçülük vəsiqəmi də vermişəm, texniki pasportu da. Maşında “press” yazıldığı üçün mətbuat işçisi olduğumu nəzərə alıb, güzəştə gediblər, heç bir cəza tətbiq etməyiblər”.

“Texniki baxışa görə saxlanılmışam...”

“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev:
“Axırıncı dəfə məni Xırdalanda elə Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığında texniki baxışdan keçmədiyimə görə saxlayıblar. Dəqiq günü xatırlamıram. Yol polislərindən xahiş etdim ki, texniki baxışın vaxtından iki –üç gün keçib, sabah və ya birisi gün gedib maşını texniki baxışdan keçirəcəm.  Onlar da bir söz demədilər. Onun sabahısı gün də maşını aparıb texniki baxışdan keçirdim. Məsələ bununla da həll olundu”.

“Yol polisi məni hər gün saxlayır...”

“Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli:
“Məni yol polisi demək olar ki, hər gün saxlayır, elə bu gün də - 16 dekabrda - saxlayıb. Bu gün yol polisi məni telefonla danışdığım üçün saxlayıb. Əvvəlcə cərimə yazmaq istədi, amma sonra fikrindən daşındı.
İki ilə yaxındır ki, üstümdə jurnalist vəsiqəsi gəzdirmirəm, yəni cərimə yazmamaqlarının səbəbi bu deyil. Bəzi adamlar var, onların adlarını verirəm, çətinə düşəndə onlara zəng vururam, sağ olsunlar hər şeyi yoluna qoyurlar”.

“Haqsız saxlamalarda xəbərdarlıq edirəm...”

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Məmmədli:
“Axırıncı dəfə yol polsi məni bu gün – 16 dekabrda saxlayıb. Heç bir qayda pozuntusu etməmişdim, sadəcə, sənədlərin yoxlanışı həyata keçirilirdi. Sənədlərim də qaydasında olduğuna görə təşəkkür edib yola saldılar.
Çox nadir hallarda yol polisi məni saxlayır, çünki az hallarda qayda pozuntusuna yol verirəm, o da şəraitdən asılı olaraq, ya tıxacda, ya da svetaforu dönəndə. Kiçik xətalar olduğuna görə, yerindəcə cərimə yazılır, ya da xəbərdarlıqla məsələ həll olunur.
Bir də hansısa haqsız saxlamalar olduqda, jurnalist kimi özümü təqdim edirəm və bu qanunsuzluğu etdiklərinə görə cavab verməli olduqlarını bildirirəm. Bundan sonra hansısa bir şəkildə onlarla anlaşırıq. Bu da son dörd-beş il baş verməyib”. 

“Çalışıram yol hərəkətı qaydalarını pozmayım...”

“Xalq cəbhəsi” qəzetinin əməkdaşı Mahir Həmzəoğlu:

“Düzü yol polisləri məni elə də çox saxlamırlar. Çünki qaydaları pozmamağa çalışıram. Sonuncu dəfə yol polisi məni adi qaydada - sənədlərimi yoxlamaq üçün saxlayıb. Sənədlərimə baxıblar, onlar da qaydasında olduği üçün heç bir problem baş verməyib.
Ümumiyətlə, sənədlərimin hamısı qaydasında olduğu üçün yol polisləri ilə problemim yaşanmır, həm də çalışıram yol hərəkəti qaydalarını pozmayım”.

Aytən Əliyeva

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avropanın müxtəlif məscidlərində Xocalı qurbanlarının xatirəsinə dualar oxunub 27 Fevral 2021, 13:51 Gördüyümüz tək şey xarabalıqlar idi - Bosniya kanalının Ağdamdan REPROTAJI 27 Fevral 2021, 13:39 "Euronews" Azərbaycanda yaşayan Dağ Yəhudiləri haqqında reportaj hazırlayıb – VİDEO 27 Fevral 2021, 13:34 Əfv komissiyasının iclası: 100-dən çox müraciətə baxıldı 27 Fevral 2021, 13:31 Prezident ona fərdi təqaüdü verəcək 27 Fevral 2021, 13:25 Əli Əsədov sərəncam İMZALADI 27 Fevral 2021, 13:19 Xarici jurnalistlər Füzulidə minatəmizləmə işləri ilə tanış oldu - VİDEO 27 Fevral 2021, 13:10 Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib 27 Fevral 2021, 13:06 Xarici jurnalistlər Füzuli və Cəbrayıldakı erməni vəhşiliyin öz gözləri ilə gördü 27 Fevral 2021, 12:53 Türkiyədə məktəblər bu tarixdə açılır 27 Fevral 2021, 12:46 Floridada Xocalı qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb 27 Fevral 2021, 12:37 Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub 27 Fevral 2021, 12:29 Ölkəmizdə əlillərə və şəhid ailələrinə yüksək dövlət qayğısı 27 Fevral 2021, 12:21 Cenevrədə Xocalı soyqırımına həsr edilmiş aksiya keçirilib 27 Fevral 2021, 12:14 Bazar günü 16 dərəcəyədək isti olacaq 27 Fevral 2021, 12:03 Bakıda keçirilən yarmarkalardakı bəzi məhsulların qiymətləri – SİYAHI 27 Fevral 2021, 11:53 Niderlandın Life24 kanalında Xocalı soyqırımından danışılıb 27 Fevral 2021, 11:39 Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır – Mehr agentliyi 27 Fevral 2021, 11:37 Ordudan sonra diplomatlar da Paşinyandan ÜZ ÇEVİRDİ 27 Fevral 2021, 11:16 Metronun “8 Noyabr” stansiyası istismara hazırlanır   27 Fevral 2021, 11:01 Şəhər rəhbərliyi qazi və şəhid ailələri ilə görüşüb 27 Fevral 2021, 10:53 Qubadlı rayonunun Əfəndilər kəndi - VİDEO 27 Fevral 2021, 10:42 Bu il şəhid ailələrinə və müharibə əlillərinə nə qədər ev veriləcək? - AÇIQLAMA 27 Fevral 2021, 10:33 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 27 Fevral 2021, 10:17 Bu gün Əfv Məsələləri Komissiyası növbəti müraciətlərə baxacaq 27 Fevral 2021, 10:01 Paşinyana qarşı qiyam qaldıran general kimdir... - ŞƏRH 27 Fevral 2021, 09:54 ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib 27 Fevral 2021, 09:38 İTBAŞI (17-ci bölüm) 27 Fevral 2021, 09:37 Cəsur döyüşçülər: “Əsir götürdüyümüz erməni deyirdi ki, “Azərbaycan əsgərini belə bilmirdik”” - FOTOLAR 27 Fevral 2021, 09:28 Səudiyyə vəliəhdi jurnalistin qətlinə göstəriş verib – ABŞ kəşfiyyatı 27 Fevral 2021, 09:22 Təyyarə qəzası: 3 ölü 27 Fevral 2021, 09:07 İsveçrə sakini lotereyada 210 milyon avro qazandı 27 Fevral 2021, 08:58 ABŞ Krımın ilhaqını heç zaman tanımayacaq - Co Bayden 27 Fevral 2021, 01:28 Dünyada koronavirusun olmadığı yerlər 27 Fevral 2021, 01:08 Ölkədə ictimai nəqliyyat iki gün işləməyəcək 27 Fevral 2021, 01:00