
Şəkil çəkdirməyi xoşlayırsınızmı? Əlbəttə! Əhval-ruhiyyəniz yaxşı olanda, gözəl görünəndə, dost-tanışla olanda bu anları əbədiləşdirməyin başqa yolu varmı?
Bəs bəşər övladı ilk dəfə nə vaxt bu gözəl imkanı əldə edə bilib, bilmək istəyirsinizmi? Elə isə oxuyun.
Fotoqrafiya – yunan sözü olub, işıq və yazmaq sözündən yaranıb. Geniş mənada fotoqrafiya, - müəyyən bir anın işıqlandırılması deməkdir. İlk dəfə X əsr ərəb riyazıyyatçısı və alimi Əlqəzən optikanın və işığın hərəkətindən yazarkən, işığın təsvirə çevrilə bilməsi xüsusiyyətini müşahidə edib. O, kamera-obskura vasitəsilə qaranlıq otaqda işığın ağ divarda əks necə əks olunduğunu görüb. (Kamera-obskura bir divarında deşik olan, əks tərəfi isə ağ kağızdan ibarət qutudur).
1725-ci ildə həvəskar kimyaçı, sonralar siyasi xadim A.P.Bestujev-Ryumin və almaniyalı fizik İohan Henrix Şults kəşf etdilər ki, bəzi maddələr işığın təsiri ilə rəngini dəyişir. Bu kəşf yüzillər sonra fotoqrafiyanın yaranmasına təkan olacaqdı. 1818-ci ildə rus alimi X.İ.Qrotkus tədqiqatı davam etdirərək, hərarətin işığın udulması və yayılmasına təsirini öyrənir.
İlk dəqiq təsvir isə 1822-ci ildə fransız Jozef Nepse tərəfindən alınır. Lakin bu təsvir günümüzə gəlib çıxmadığından ilk fotoqrafiya elə Hepsenin çəkdiyi “Pəncərədən görünüş” çəklidir. Hepse bu şəkli 1826-şı ildə kamera-obskura ilə şəkib. 1839-cu ildə fransız Lui-Jak Mande Dager gümüş örtüklü mis lövhə üzərində təsvir almağı öyrənir. Elə həmin vaxtlarda ingilis Uilyam Henri Foks Talbot gümüş xloridlə hopdurulmuş kağızla daha mükəmməl təsvir almağı öyrənir. 1833-cü ildə braziliyalı rəssam Erkyul Florans nitratın köməyi ilə fotoqrafiya almaq üsulunu sınaqdan keçirir.
Maraqlıdır ki, “fotoqrafiya” terminin ilk dəfə heç də bu alimlərdən hansısa biri işlətməyib. Bu termini 1839-cu ildə iki astronom ingilis Con Gerşel və alman İohan fon Medler bir-birindən xəbərsiz olaraq işlədiblər.
Azərbaycanda isə foto sənətinin ilk nümunələri IX əsrin 60-cı illərinə təsadüf edir. Bu barədə Sara Nəzərlinin məqaləsində qeyd olunur ki, Xəzərdə hidroqrafiya ölçüləri aparılarkən, ekspedisiya üzvülərindən biri kapitan-leytenant A.F.Ulskinin çəkdiyi Bakınm dənizdən görüntüləri Azərbaycan fotosunun dövrümüzə gəlib çatan ilk nümunələridi.1858-1866-cı illərdə çəkilmiş həmin fotolarda Qız qalası, Şirvanşahlar sarayının məscidi, Qala divarları və s. öz əksini tapıb. Sara Nəzərli yazır ki, sonralar Bakını bürüyən foto-atelyelər də "Əksxana" adlandırılırdı.
“Bunu açmaq üçün qubernatorun xüsusi icazəsi olmalı idi. Məhz həmin sənədlərin sayəsində XIX əsrin sonu XX əsrin əvəllərində Bakıda fəaliyyət göstərən əksxanalann açıldığı vaxt, onları işlədən fotoqrafların adları dəqiq məlumdur. "Pridvornı© fotoqraf”, "Rembrandt", "Renesans", "İşıq və Kölgə", "Çic", "Lessercon", "Əzizbala" foto-atelyeləri ən gəlirli və sayıb-seçilən əksxanalar sırasında idi. Hətta kino sənətini Fransada yarandıqdan 3 il sonra Bakıya gətirən xarkovlu A.M.Mişonun da bu şəhərdə əksxanası olmuşdu. XIX əsrin sonunda Bakıda onun başçılıq etdiyi fotoqraflar dərnəyi fəaliyyət göstərmişdi”.
Oturaq fotoqraflarla yanaşı yolüstü Qafqazda, o cümlədən Azərbaycanda olan səyyar fotoqrafların da yaradıcılığında Bakı mühüm yer tutub.
“Belə fotoqraflardan olan D.İ.Yermakovun XIX əsrin sonu XX əsrin əvəllərində Rusiya Coğrafiya Cəmiyyətinə göndərdiyi foto şəkillər arasında 50-dən çox Azərbaycana həsr olunmuş fotolar var. Fotoqraflar sənayenin inkişaf sürətinə görə XIX əsrin sonunda dünyada I yeri tutan Bakının, onun ətraf kəndlərinin mənzərələrini, neft buruqlarını, sənaye tikililərini, yol çəkilişlərini, müxtəlif memarlıq üslubunda ucaldılmış zəngin binaları sevə-sevə təsvir etmişlər. Onlın yaradıcılığmdan keçən portret qalereyalarında əhalinin bütün təbəqələrinin davranışı, geyimi, etnik xüsusiyyətləri həkk olunmuşdur”.
Bütün bunlar öz yerində. Amma məsələnin başqa maraqlı tərəfləri də var. Məsələn, insanlar niyə şəkil cəkdirirlər və ya çəkirlər? Sən demə şəkil şəkdirməyin dərin psixoloji kökləri və mistikası var imiş.
Niyə bəzi insanlar şəkil çəkdirməyi həddindən artıq xoşlayır, evdə, işdə, gəzintidə... Harda gəldi obyektivlə dostluğunu unutmur, bəzilərimizsə, nəinki ona həvəs göstərmək, hətta ondan qaçırıq. Bütün bunlar sən demə insanların ruhi-mənəvi durumundan xəbər verən amillərdənmiş.
Psixoloq Dəyanət Rzayev deyir ki, insanın şəkil şəkdirmək istəyinin arxasında şüuraltı olaraq əbədiyyət arzusu durur.
“Burda ən dərin psixoloji məqam var, onu heç vaxt qeyd eləmirlər. İnsanlar həmişə, nə qədər ki, bəşər mövcüd olub, əbədi yaşamaq, çox yaşamaq, cavan qalmaq, gec qocalmaq kimi hisslərə malik olublar. Əlbəttə, şüurlu olaraq biz, öz taleyimizlə barışırıq. Amma ruhən insan həyata çox bağlıdır. Foto da az vasitələrdən biridir ki, inan həyatının müəyyən anlarını “əbədiləşdirir”.
Ona görə də insanların müəyyən anlarda şəkil çəkdirməsinin arxasında həmin anı tutub saxlamaq istəyi gizlənir. Daha sonra gəlir, həmin anı tez-tez xatırlamaq, başqaları ilə bölüşmək istəyi və sairə”.
D.Rzayev hesab edir ki, şəkil çəkdirməyin daha bir mənası paylaşmaqdır.
“İnsan çox sevdiyi kəslərin övladını, doğmalarını, dostlarını bəzən nümayiş etdirmək istəyir. Bəzən gözəl pişiyi, iti ilə də şəkil çəkdirir. Və ya gözəl bir təbiət mənzərəsindən aldığı zövqü paylaşmaq istəyir”.
Bəs şəkil çəkdirməyi xoşlamayanlar? Psixoloq buna səbəb kimi ilk olaraq “kompleks” sözünü işlədir: “Bu da səbəbsiz deyil. Cünki normal halda insan şəkil çəkdirməkdən qaçmamalıdır. Ola bilər ki, o insanlar uşaqlıqda məcburiyyət qarşısında kamera qarşısında əyləşdiriliblər, və ya hansısa psixoloji travma alıblar. Burada enerji məsələsi də müəyyən rol oynayır. Enerjili insanlar daha çox şəkil çəkdirməyə meylli olurlar. Passiv insanlar isə əksinə buna həvəs göstərməyə bilər. Hansısa mənzərələri çəkib paylaşmaq da həmçinin, insanın daxili aləmi, psixologiyası ilə birbaşa bağlı olan məsələdir”.
Sosioloq Lalə Mehralı isə bildirir ki, şəkil şəkdirmək insanlarda müsbət enerji yaratmaqla yanaşı, əhalinin maddi-mənəvi durumu ilə birbaşa bağlı olan məsələdir.
“Maddi və mənəvi durumu normal olmayan insan neçə şəkil cəkdirə bilər-uzağı həftədə bir dəfə. Əks halda isə insan bir gündə onlarla şəkil çəkdirə bilər”. Onun fikrincə, bundan başqa insanın xarakteri də burada rol oynayır. “Emosional insanlar öz hisslərini şəkillər vasitəsilə paylaşırlar. Sakit təbiətli insanlar adətən az şəkil şəkdirirlər. Bütün bunlarla yanaşı şəkil çəkdirmək müsbət və lazımlı haldır. Biz öz uşaqlığımızı təsəvvür etmək üçün çəkillərə baxırıq. Yeniyetməlik, gənclik, insan həyatının müxtəlif dövrləri şəkilllərdə əks olunur”. Sosioloqun fikrincə, toplumun öz mental xüsusiyyətləri də burada rol oynayır. “Məsələn, şərq xalqları şəkil çəkdirməyə daha çox meyllidirlər. O cümlədən də Azərbaycan cəmiyyəti. Bu isə bizim qaynar, həyatsevər və emosional xalq olmağımızla bağlıdır”.
Azərbaycan Fotoqraflar Birliyinin üzvü Mirnaib Həsənoğlunun qənaətincə, şəkil çəkdirmək məsələsində komplekslər və özünə inam rol oynayır.
“Bəzən belə hesab edirlər ki, xarici görünüşü yerində olan insanlar daha çox şəkil şəkdirməyə meyl edir. Bu, tamamilə yanlış fikirdir. Elə gözəl insanlar var ki, komplekslidirlər və obyektivdən hər vəchlə qaçırlar. Eyni zamanda xarici görünüşü xoşagəlməzyən insanlar da olur ki, bu məsəslədə sərbəstlik nümayiş etdirirlər. Biz fotoqraflar arasında belə bir söz var ki, əgər insan gözlərini obyektivdən qaçırırsa, deməli, onun cox sirləri var. Amma bu sirlər şəxsi sirlər anlamında deyil. Yəni o adam müəmmalı adamdır, bəlkə bir problemi var, qapalıdır”.
Mirnaib Həsənoğlu onu da qeyd edir ki, kişilərin şəkil şəkdirməyə marağı hec də qadınlardan az deyil. Onu da qeyd edək ki, şəkil şəkdirmək məsələsi hal-hazırda islamşünasların dartışdığı məsələlərdən biridir. Belə ki, Peyğəmbərimizin (s.ə.s) insanı təsvir edən rəssamlar haqqında “o dünyada onlardan həmin insanları dirildin deyə tələb olunacaq” deyə bunu pislədiyi hədis mövcuddur.
İlahiyyatçı Elşad Miri bildirir ki, İsamda təbiət, əşya və sair kimi şəkilləri təsvir etməyə heç bir qadağa yoxdur. “Sadəcə olaraq insanı təsvir etməyin Məhəmməd Peyğəmbər tərəfindən tövsiyyə olunmadığı tövsiyyə olunmadığı barədə fikirlər var. Bəziləri burdan çıxış edərək, fotoşəkil çəkdirməyin də dinimizdə bəyənilmədiyini deyirlər. Amma hazırda çoxluq bu fikirdədir ki, şəkil çəkdirməkdə heç bir qəbahət yoxdur”.
Astroloq Firudin Qurbansoy isə hesab edir ki, şəkil cəkməyin qadağan olunmasının səbəbi şəkillə insan bədəninə təsir etməyin mümkünlüyü olub. Astroloq bildirir ki, şəkillə insan bədəninə təsir etmək və bundan pis məqsədlərlə istifadə etmək mümkündür:
“Məlum olduğu kimi, insanın 7 bədəni var. Onlardan yalnız biri gözlə gördüyümüz fiziki bədəndir. Cadu edənlər insanın gözlə görünməyən bədəninə təsir edirlər ki, bundan da fiziki bədən əziyyət çəkir”. F.Qurbansoy bildirir ki, şəkil cəkdirməyi sevən insanlar özlərinə hörmət edən və tarixdə qalmaq və kompleksli adamlardırlar”.
Gördüyünüz kimi, şəkil çəkdirmək hec də adi məişət hadisəsi deyil, insanın ruhi-psixoloji durumundan xəbər verən ciddi bir amildir.
Qızılgül Abdinova