Modern.az

Prezident Atatürkün məzarını ziyarət etdi - FOTO

Prezident Atatürkün məzarını ziyarət etdi - FOTO

Ölkə

19 Fevral 2024, 11:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoydu.

 

Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edildi.

 

Sonra xatirə şəkli çəkdirildi.

 

Dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?