Modern.az

Deputatlar pandemiyadan əvvəlki rejimə qayıdırlar

Deputatlar pandemiyadan əvvəlki rejimə qayıdırlar

Parlament

5 Mart 2022, 10:14

Milli Məclisin deputatları ənənəvi qaydada seçicilərin qəbuluna başlayıblar.

 

Modern.az xəbər verir ki, pandemiya ilə əlaqədar Milli Məclis üzvləri təmsil olunduqları dairələrin seçiciləri ilə daha çox onlayn görüşlər keçirirdilər.

 

Son vaxtlar Azərbaycanda gündəlik yoluxma sayının kəskin azalması ilə əlaqədar deputatların qəbulları da pandemiyadan əvvəlki qaydada davam etdirilir. Artıq bir neçə deputat ənənəvi formatda qəbul keçirəcəyini elan edib.

 

Qeyd edək ki, deputatlarla yanaşı digər dövlət rəsmilərinin də regionlarda ənənəvi vətəndaş qəbulları bərpa olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?