Modern.az

Milli Məclisdə yeni TƏYİNAT

Milli Məclisdə yeni TƏYİNAT

Parlament

28 Oktyabr 2024, 13:02

Milli Məclisdin Aparatında yeni təyinat həyata keçirilib.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, Milli Məclis Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinə yeni müdir müavini təyin edilib.

 

Sözügedən vəzifəyə Ağaəli Ağayev gətirilib. O, əvvəllər sözügedən şöbədə təhlil və analitika sektorunun müdiri olub. Ağaəli Ağayev hazırda hər iki vəzifəni icra edir.

 

Qeyd edək ki, Ağaəli Ağayev dövlət qulluğunun müşaviri ixtisas dərəcəsinə malikdir. 1985-ci il təvəllüdlü dövlət qulluqçusu ixtisasca hüquqşünasdır.

 

1390859

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?