Modern.az

Heydər Əliyevin qayıdışı olmasaydı, tariximiz başqa cür olardı

Heydər Əliyevin qayıdışı olmasaydı, tariximiz başqa cür olardı

Parlament

Bu gün, 11:23

Heydər Əliyevin tarixi qayıdışı olmasaydı, Azərbaycanın tarixi başqa cür olardı.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası çərçivəsində baş tutan plenar iclasında parlament sədrinin birinci müavini Əli Əhmədov deyib.

Vitse-spiker bildirib ki, Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində ən mühüm hadisələrdən biridir və bu günün əsas mahiyyəti Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlıdır.

Onun sözlərinə görə, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın Heydər Əliyev kimi tarixi şəxsiyyətlə birləşməsi dövlət müstəqilliyinin qorunub saxlanılmasında həlledici rol oynayıb.

“Heydər Əliyevin tarixi qayıdışı olmasaydı, Azərbaycanın müasir tarixi tamamilə başqa istiqamətdə inkişaf edə bilərdi. Bu gün malik olduğumuz nailiyyətlər də fərqli şəkildə formalaşardı”, – deyə o vurğulayıb.

Əli Əhmədov qeyd edib ki, Qurtuluş məfkurəsi yalnız keçmişə aid anlayış deyil, həm də Azərbaycanın bu günü və gələcəyini müəyyənləşdirən amillərdən biridir.

Vitse-spiker əlavə edib ki, ölkənin əldə etdiyi uğurlar, o cümlədən Qarabağın işğaldan azad olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyevin müəyyən etdiyi strateji xətt əsasında həyata keçirilən siyasətin nəticəsidir.

“Azərbaycanın tarixi qələbəsi və Qarabağın azad olunması da mahiyyət etibarilə öz başlanğıcını Heydər Əliyevin tarixi qayıdışından götürür”, – deyə Əli Əhmədov bildirib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ Azərbaycanda kritik əməliyyat -Yüksək vəzifəli şəxs SAXLANILDI