Modern.az

Azərbaycanla Ermənistan arasında işçi qrupu yaradılır

Azərbaycanla Ermənistan arasında işçi qrupu yaradılır

Dünya

Bu gün, 17:33

Azərbaycanla ortaq çaylardan istifadənin qaydaları müəyyənləşdiriləcək

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə  çıxışında bildirib.

Paşinyan qeyd edib ki, Ermənistan İranla Araz çayının, Türkiyə ilə isə Axuryan su anbarının ehtiyatlarından birgə istifadə məsələsində əməkdaşlıq edir.

Baş nazirin sözlərinə görə, Azərbaycanla münasibətlərdə əsas müzakirə mövzusu ortaq çaylardır. Bu baxımdan su ehtiyatlarından hansı qaydalar əsasında istifadə ediləcəyi və müvafiq standartların necə tətbiq olunacağı müəyyənləşdirilməlidir.

Paşinyan bu prosesi sülh şəraitində gündəlik həyatın normal məsələlərindən biri kimi xarakterizə edib.

O bildirib ki, hazırda müvafiq işçi qruplar formalaşdırılır. Hələlik tərəflər arasında görüş keçirilməsə də, yaxın vaxtlarda görüşün baş tutacağı və müzakirələrə başlanacağı gözlənilir.

Ermənistanın Baş naziri əlavə edib ki, 30 illik münaqişənin nəticələrini bir anda aradan qaldırmaq mümkün deyil. Onun fikrincə, hələ də çoxsaylı həssas məsələlər qalır və onların həlli səbir tələb edir.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan