Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Urban Expo” sərgisi təşkil olunub.
Modern.az xəbər verir ki, sərgidə müxtəlif ölkələrin şəhərsalma, memarlıq, rəqəmsal həllər, dayanıqlı infrastruktur və “ağıllı şəhər” konsepsiyalarına dair innovativ layihələri nümayiş etdirilir.
“Urban Expo”da iştirakçılar şəhərlərin gələcəyinə dair müasir yanaşmalar, ekoloji həllər, nəqliyyat sistemləri, yaşıl texnologiyalar və urbanizasiya sahəsində qabaqcıl təcrübələrlə tanış olmaq imkanı əldə edirlər. Sərgi çərçivəsində interaktiv təqdimatlar, rəqəmsal platformalar və müxtəlif ölkələrin milli pavilyonları da nümayiş olunur.
Qeyd edək ki, sərginin rəsmi açılışında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax iştirak ediblər.