Modern.az

Futbolçulardan da əsgərlərimizə dəstək gəldi

 Futbolçulardan da əsgərlərimizə dəstək gəldi

Təhsil

4 Aprel 2016, 01:08

 

Cəbhədə baş verən son hadisələrlə bağlı futbolçularımız əsgərlərə dəstək nümayiş etdiriblər. Modern.az saytı xəbər verir ki, Premyer Liqanın XVIII turu çərçivəsində "Xəzər Lənkəran" - "Qarabağ" matçından öncə cəbhədəki son döyüşlərdə həlakşəhid olan 12 hərbiçimizin xatirəsi yad olunub.  Komandalar şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad ediblər. 

Bundan başqa "Xəzər Lənkəran” oyunçular meydançaya hərbi geyimdə çıxaraq ordumuza dəstəklərini ifadə ediblər. "Qəbələ"-"İnter" matçında da azarkeşlərin açdığı pankartlarda vətənpərvərlik və orduya dəstək ifadə olunub.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması