
Berlində azərbaycanlılar Ermənistan prezidenti Serj Sarkisyan və Almaniya kansleri Angela Merkelin görüşünə etiraz edirlər.
Modern.az xəbər verir ki, görüşün baş tutduğu Federal Kansler binasının qarşısına xeryli azərbaycanlı yığışıb.
Onlar “Qarabağ bizimdir, bizim olacaq”, “Biz sadəcə Qarabağı istəyirik”, “Ermənistan Azərbaycan torplaqlarından çıx şüarları səsləndirirlər. Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan bu gün Almaniyaya səfərə gedib.
O, səfər əsnasında Almaniya kansleri Angela Merkel və Almaniya dövlət başçısı Yoaxim Qaukla görüşərək Qarabağ məsələsini müzakirə edəcək.


