Moskvada Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında hərbi əməliyyatların dayandırılmasına dair əldə edilmiş razılaşmaya baxmayaraq Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs yenə də pozulmaqdadır.
Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Aprelin 5-də Moskva şəhərində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturov arasında Rusiya tərəfinin vasitəçiliyi ilə görüş keçirilib.
Azərbaycan və Ermənistan qoşunların təmas xəttində hərbi əməliyyatların dayandrılmasına dair razılıq əldə ediblər.
Aqşin Kərimov