
Dağlıq Qarabağ Konfliktinin normallaşdırması üçün Moskva hər şey etməyə hazırdır.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsi üçün Rusiya yardım edəcəkmi?” sualına cavab verərkən deyib.
Onun sözlərinə görə, mümkün olan hər şey edilib.
Mariya Zaxarova həmçinin “LifeNews” telekanalının jurnalistlərinin Azərbaycandan çıxarılmasına münasibət bildirib. “Xaric edilmə, jurnalistə qarşı güc tətbiq etmə yolverilməzdir. Jurnalistləri xaric etmək deyil, onlara lazımi informasiyaları vermək lazımdır” deyə Mariya Zaxarova bildirib.Qeyd edək ki, “LifeNews”-un əməkdaşları Azərbaycan ərazisinə akkreditasiya olunmadan daxil olublar. Bundan əlavə real vəziyyəti təhrif ediblər, həqiqətə uyğun olmayan material hazırlayıblar.
“LifeNews” daha əvvəl də Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi barədə təhrif olunmuş məlumatlar təqdim etmişdi.
Aytən ZƏHRA