Modern.az

Azərbaycanlı Qazaxıstanda deputat seçildi

Azərbaycanlı Qazaxıstanda deputat seçildi

Təhsil

6 Aprel 2016, 17:04

Martın 20-də Qazaxıstan Respublikası Parlamentinin aşağı palatası olan Məclisə VI çağırış olaraq seçkilərdə ilk dəfə olaraq azərbaycanlı Məhərrəm Məmməd oğlu Məhərrəmov deputat seçilib.

Modern.az xəbər verir ki, Milli Məclisin deputatı Aydın Mirzəzadə Qazaxıstanda keçirilən parlament seçkilərində qalib olan azərbaycanlıya təbrik məktubu göndərib. Məktubda deputat həmyerlimizi təbrik edərək, onu Azərbaycana dəvət edib.

“Qazaxıstan Respublikası Parlamentinin Məclisinə seçilməniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm.

Hesab edirəm ki, sizin parlamentə seçilməyiniz Qazaxıstan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsi yolunda ardıcıl addmların atılması, xalqlarımız arasında yüksək dostluq münasibətlərinin parlaq nümunəsi və sizin ölkənizdə demokratik prinsiplərin bərqərar olunmasının sübutudur.

Ümid edirəm ki, sizin məclisdəki fəaliyyətiniz parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsinə, xüsusilə bizimlə ikitərəfli əlaqələrə qatqı verəcək.

Sizə fəaliyyətində uğurlar və can sağlığı, dost Qazaxıstan xalqına rifah və firavanlıq arzu edirəm”.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!