Modern.az

Pedaqoji Universitetdə orduya dəstək aksiyası keçirildi - FOTOLAR

Pedaqoji Universitetdə orduya dəstək aksiyası keçirildi - FOTOLAR

Təhsil

6 Aprel 2016, 17:30


Aprel ayının 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) universitet rəhbərliyinin, professor-müəllim heyətinin və tələbə kollektivinin iştirakı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son günlər cəbhə bölgəsində yaranmış vəziyyətlə əlaqədar ölkə rəhbərliyinə və orduya dəstək aksiyası keçirilib. Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aksiyada ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Təhlükəsizlik Şurasının aprel ayının 2-də keçirilən iclasında etdiyi çıxışdan bəzi məqamlar səsləndirilib. Daha sonra isə cəbhə bölgəsində həlak olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Yusif Məmmədov dəstək aksiyasını giriş sözü ilə açaraq aprel ayının 1-dən-2-nə keçən gecədən başlayaraq işğalçı Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribata başlayıb. Bu təxribat hazırda da davam edir. Ermənistan hərbi qüvvələri Azərbaycan kəndlərini, yaşayış məntəqələrini atəşə tutur və hərbi mövqelərimizə ardıcıl zərbələr endirir. Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq silahlı təxribatlara əl atması nəticəsində hərbiçilər və eləcə də dinc mülki əhali həlak olur, vətəndaşlara maddi-mənəvi ziyan dəyir. Azərbaycan Silahlı Qüvvələri ölkə vətəndaşlarının təhlükəsizliyini və öz mövqelərini qorumaq üçün erməni silahlı qüvvələrinə layiqli cavab verərək, onları geri otuzdurub və genişmiqyaslı hücum əməliyyatları həyata keçirib.

ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının və digər beynəlxalq təşkilatların atəşkəsin yenidən təmin edilməsi çağırışlarına cavab olaraq Azərbaycan hücumları birtərəfli qaydada dayandırıb. Lakin təcavüzkar Ermənistan atəşkəs çağırışlarına məhəl qoymadan ağır sialhlarla Azərbaycanın mövqelərinə atəş açmaqda davam edir. Azərbaycan da öz növbəsində bu təxribatlara cavab olaraq adekvat addımlar atır. Hazırda düşmən ordusu panikaya düşüb və çıxış yolunu qaçmaqda görür. Qürur duyuruq ki, Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli əks-hücumu ilə erməni qəsbkarları geri çəkilməyə məcbur edilmiş, düşmən canlı qüvvə və hərbi texnika sarıdan xeyli itki vermişdir. Xüsusi qeyd etmək istəyirəm ki, döyüş əhval-ruhiyyəsi çox yüksək olan ordumuz hər an düşmənə layiqli cavab verməyə hazırdır.

Eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin son günlər ön cəbhədə qazandığı uğurlar xalqımızda böyük ruh yüksəkliyi yaratmış, onun qələbəyə inam hissini daha da gücləndirmişdir. Azərbaycanın artan iqtisadi, siyasi və hərbi üstünlüyü bir daha özünü açıq-aşkar göstərdi. Son günlər cəbhədə yaranmış vəziyyətlə əlaqədar Azərbaycan yüksək səviyyədə beynəlxalq siyasi dəstək almışdır. Bu da ölkə rəhbərliyinin yürütdüyü müstəqil və uzaqgörən xarici siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilir.

Dəstək aksiyasında Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Məktəbəqədər təhsil, Psixoloji xidmət və Korreksiyaedici təlim fakültəsinin dekanı, dosent Şəhla Əliyeva və tələbə-gənclər Məktəbəqədər təhsil, Psixoloji xidmət və Korreksiyaedici təlim fakültəsinin tələbəsi Mehmet Demirhan, Biologiya fakültəsinin tələbəsi Xoşqədəm Həsənli, Riyaziyyat və informatika fakültəsinin tələbəsi Aytac Fərzəliyeva, Məktəbəqədər təhsil, Psixoloji xidmət və Korreksiyaedici təlim fakültəsinin tələbəsi Turan Kərimli çıxış edərək ermənilərin son təxribatçı hərəkətlərini qətiyyətlə pisləyərək ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiklərini və Vətənimizi erməni işğalçılarından hər an azad etməyə hazır olduqlarını bildiriblər.

Aksiyada ölkə rəhbərliyinə və orduya müraciət qəbul edilib. Tədbir “Koroğlu” uvertürasının səsləndirilməsi ilə başa çatıb. Qeyd edək ki, bu gün həm də ADPU-nun 7 filialında - Quba, Zaqatala, Şəki, Şamaxı, Qazax, Ağcəbədi və Cəlilabad filiallarında da  ölkə rəhbərliyinə və orduya dəstək məqsədi ilə aksiyalar keçirilib.

Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı