Modern.az

Qarabağda yaralanan 30 erməni hərbçi Yerevana aparılıb

 Qarabağda yaralanan 30 erməni hərbçi Yerevana aparılıb

Təhsil

6 Aprel 2016, 20:27

 

Dağlıq Qarabağdakı döyüşlərdə yaralanan erməni hərbçilərindən 30 nəfəri hazırda Yerevandakı mərkəzi hərbi hospitalda müalicə olunur. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda hospitalın rəisi Aram Asaturyan məlumat verib.

Onun sözlərinə görə, son iki gündə hospitala Qarabağdan yaralı 12 hərbçi gətirilib. “Bizdə indi ümumilikdə 30 yaralı hərbçi var, onlardan 5-nin vəziyyəti çox ağırdır, 4-ü əsgər, 1-i isə “Erkrapa”  könüllülər ittifaqının üzvüdür. 5 hərbçinin vəziyyəti stabil ağırdır, qalanları orta ağır və yüngül vəziyyətdədirlər”, - Asaturyan deyib. O deyib ki, bu gün hospitala daha 3 nəfər yerləşdirilib: “19 yaşlı Ayk Torosyan ağır durumdadır, 1 nəfər komadadır”, - rəis bildirib.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı