Modern.az

Tapqaraqoyunlu kəndinə bir neçə mərmi düşüb

  Tapqaraqoyunlu kəndinə bir neçə mərmi düşüb

Təhsil

6 Aprel 2016, 21:36

 

Qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə razılaşma əldə olunmasına baxmayaraq, Ermənistan ordusunun bölmələri Goranboyun Tapqaraqoyunlu kəndi istiqamətində mövqelərimizi minaatanlardan atəşə tutub.   Modern.az saytı «AzərTAc»a istinadən xəbər verir ki, agentliyin cəbhə bölgəsinə ezam olunmuş jurnalistlərinin məlumatına görə, bu saatlarda erməni hərbi birləşmələri həm ordumuzun mövqelərinə, həm də kəndə atəş açırlar.  

Müxbirlərimizin kənddə olduğu müddətdə (saat 18.00-19.00) yaşayış məntəqəsinə bir neçə mərmi düşüb, evlərə ziyan dəyib. Həmçinin mövqelərimiz pulemyot və ağır silahlardan atəşə məruz qalıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı