Modern.az

Ermənilər itkilərin etiraf edir - 32 ölü, 121 yaralı, 25 itkin

 Ermənilər itkilərin etiraf edir  - 32 ölü, 121 yaralı, 25 itkin

Təhsil

6 Aprel 2016, 23:50

 

Təmas xəttindəki son döyüşlərdən sonra Ermənistan Silahlı Qüvvələri itkilərin sayını açıqlamaqdan çəkinsə də, bu dəfə də bir hissəsini etiraf edib. Modern.az xəbər verir ki, bu barədə məlumatı “Qafqazinfo” Ermənistan KİV-nə istinadən yayıb. Məlumata görə, aprelin 2-dən bu günə qədər ermənilərin 32 hərbçisi ölüb (24 əsgər və 8 zabit), 121 hərbçisi isə (24 zabit və 97 əsgər) yaralanıb. 25 nəfər isə itkin düşüb. Bu barədə qondarma Dağlıq Qarabağın Müdafiə Nazirliyinin operativ informasiya şöbəsinin rəhbəri Viktor Arustamyan bildirib.

Qeyd edək ki, aprelin 2-nə keçən gecə cəbhədə Ermənistanın təxribatı nəticəsində Azərbaycan silahlı Qüvvələrinin 31 hərbçisi qəhrəmancasına şəhid olub. 

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, birləşmələrimizin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb.

Modern.az

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı