Modern.az

Heydər Əliyevlə məşhur müsahibənin müəllifi TV-yə qayıtdı...

Heydər Əliyevlə məşhur müsahibənin müəllifi TV-yə qayıtdı...

Təhsil

25 May 2011, 16:39

Modern.az xəbər verir ki, məşhur rus telejurnalisti Andrey Karaulov yenidən televiziyaya qayıdıb. Onun “Həqiqət anı” adlı müəllif verilişi Sankt-Peterburqun Beşinci kanalında yayımlanacaq.  Qeyd edək ki, A.Karaulov adıçəkilən verilişi bir neçə il ərzində Moskvanın “TV-Sentr” telekanalında aparıb. Moskva meri Yuri Lujkov istefaya göndərildikdən sonra veriliş bağlanmışdı. Jurnalist o zaman Lujkovu müdfiə edən reportaj hazırlamışdı. Amma telekanal onu “texniki problemlər” üzündən efirdə yayımlamaqdan imtina etmişdi.

Andrey Karaulovu Azərbaycanda da yaxşı tanıyırlar. Onun 90-cı illərin əvvəlrində mərhum prezident Heydər Əliyevlə bağlı hazırladığı silsilə veriliş və müsahibələr geniş rezonansa səbəb olmuşdu. Bundan başqa, H.Əliyev hələ Naxçıvanda yaşayarkən A.Karaulov onunla görüşərək müsahibə almışdı.  

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı