Modern.az

YAP rəhbərliyi Şamaxıda gənclərlə görüşüb

YAP rəhbərliyi Şamaxıda gənclərlə görüşüb

Təhsil

4 Aprel 2013, 17:20

Aprelin 4-də Yeni Azərbaycan Partiyasının sədr müavini- İcra katibi Əli Əhmədov Şamaxı rayonunda partiya fəalları ilə görüş keçirib. Modern.az-ın məlumata görə, tədbiri giriş sözü ilə YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov açaraq görülmüş işlər haqqında qısa məlumat verib.

Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov görüşdə çıxış edərək ölkənin ictimai- siyasi həyatında baş verən hadisələrdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların uğurlu nəticələrindən söz açıb.

Görüşdə Milli Məclisin üzvlərindən Eldar İbrahimov və Ərəstun Cavadov, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev iştirak ediblər.

Modern.az

Sizə yeni x var
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı