Modern.az

İtkin düşən azərbaycanlı ilə bağlı Ermənistana müraciət edilib

İtkin düşən azərbaycanlı ilə bağlı Ermənistana müraciət edilib

Təhsil

4 Aprel 2013, 23:50

Qazax rayonunun Xanlıqlar kənd sakini, 1967-ci il təvəllüdlü Kərimov Sabir Mühit oğlu aprelin 2-dən cəbhə xəttində meşədə itkin düşüb.

Yerli sakinlərin APA-ya verdiyi xəbərə görə, onun yolunu azaraq Ermənistan tərəfə keçdiyi ehtimal olunur.

 Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə açıqlamasında bildirib ki, artıq bu faktla bağlı Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası BQXK-ya müraciət edib: “BQXK-nın Azərbaycan nümayəndəliyi də Ermənistanın hakimiyyət orqanları ilə bu məsələni araşdırmaq üçün qurumun Emənistan nümayəndəliyinə müraciət edib”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı