|
|
Əldə olunan məlumatlara görə, Bakiyev şəxsi təhlükəsizliyi üçün təminat və ölkədə qalmasına icazə veriləcəyi təqdirdə istefa verəcəyini deyib. Bundan əlavə, Bakiyev öz ailəsi- 7 qardaşı və 2 oğlu üçün də toxunulmazlıq tələb edir. Müvəqqəti hökumətin başçısı Roza Otunbayeva isə yalnız Bakiyevin təhlükəsizliyi üçün təminat veriləcəyini bildirib. Müxalifət isə Bakiyev və onun nazirlərinin tapılması və həbs olunmasını tələb edir. Məlumatlara görə, Bakiyev Cəlal-Abadda müqavimət hərəkatı yaratmaq istəyir. Artıq 3 minə yaxın Cəlal-Abbadd sakini Bakiyevə dəstək nümayişi keçirib.
Modern.az-ın ən son məlumatına görə, Rusiya Qırğızıstana 200 nəfərlik desant qoşunu yeridir. Moskva desantçıların bu ölkədəki Rusiya hərbi bazasının mühafizəsinin gücləndirilməsi məqsədilə göndərildiyini deyir. Lakin bu xəbər Qırğızıstanda və qonşu ölkələrdə həyəcanla qarşılanıb. Rus qoşun bölməsinin Qırğızıstandakı proseslərə müdaxilə etməsi perspektivi isə vəziyyətin xeyli gərginləşdiyindən xəbər verir.