Modern.az

Devrilmiş prezident: ”Mən qırğız xalqını yaxşı tanıyıram” (Müsahibə)

Devrilmiş prezident: ”Mən qırğız xalqını yaxşı tanıyıram” (Müsahibə)

Təhsil

9 Aprel 2010, 10:45

Qırğızıstanın hakimiyyətdən devrilmiş, ancaq hələ istefa vermək istəməyən prezidenti Kurmanbek Bakiyev ölkədəki vəziyyətə dair BBC-yə müsahibə verib. Modern.az Bakiyevin son proseslərə münasibətinin oxucular üçün maraqlı olacağını nəzərə alıb onun müsahibəsini təqdim edir

-Cənub prezident siz indi hardasınıız?

-Mən respublikanın cənubundayam.

  -Siz özünüzü əvvəlkitək ölkənin prezidenti hesab edirsinizmi?

- Bəli

-Sizin yaxın addımlarınız necə olacaq? Əgər özünüzü prezident hesab edirsinizsə onda ölkəyə nəzarət etməlisiniz. Siz bunu necə etmək istəyirsiniz?

-Əvvala, əgər siz xatırlayırsınızsa, mən ikinci müddətə prezident seçiləndə, yəni cəmi 8-9 ay bundan öncə Qırğızıstan xalqı səslərinin 77 faizini mənə verdi. Bu birincisi. İkincisi iki həftə əvvəl bizim qurultay oldu və ölkənin sadə insanları prezidentin yeniləşmə, islahatlar kursuna tam dəstək verdilər.Və o zaman ki bir qrup silahlı adam heç nəyə baxmayaraq Ağ evi ələ keçirir, prezidentə,  onun kabinetinə atəş açır və bu yolla hakimiyyətə gəlir- mən hesab edirəm ki, bu qeyri-legitim hakimiyyətdir.

-Hər şeyə rəğmən bunlar sadəcə bir qrup adam deyillər, onların sayı həddən artıq çoxdur, təkcə ölkənin bir şəhərində deyil, bir neçə şəhərində toplaşıblar. Siz baş verən və davam etməkdə olan  iğtişaşların səbəbini nədə görürsünüz?

- Mən öz  ölkəmi və xalqımı yaxşı tanıyıram. Və sizin dediyiniz şeylər, bəli, onlar Talas, Narın,  daha sonra Bişkəkdə insanları mobil edərək iğtişaşlar törədə biliblər. Xüsusən də gənclər, yumşaq deyək,  qeyri -ayıq vəziyyətdə çox qızğın, zor vasitəsilə inzibati binaları ələ keçirib. Burada onlara pul paylanması və  spirtli içkilər böyük rol oynayıb.

  -Siz ölkədə baş verənləri, deyildiyi kimi, “çevriliş” adlandırmırsınız. Lakin ölkənin şimalında başqa, cənubunda başqa şeylər olur. Sizin şəxsi təəssüratlarınız necədir?

-Mən özümü necə hiss edə bilərəm ki, ölkədə tam özbaşınalıq baş alıb gedir, silahlı dəstələr paytaxtda azğınlıq edir, talayır,  soyur, öldürür. Öz özünü yeni hökumət  elan edən müvəqqəti  hökumət isə bütün məsuliyyəti prezidentin üzərinə atır, ölkədə qanun-qayda yarada bilmir. Əlbəttə ki, pisdir. Demək istəyirəm ki, mənim üçün çox gözlənilməzdir ki, bu cür hazırlıq işləri aparılıb.

-Siz xaricdən hansısa kömək gözləyirsinizmi?

-Mən ən çox nəyə ümid edirəm... Bütün bizim xarici həmkarlarımız, bütün dünya ictimaiyyəti bunda israr edir ki, hakimiyyətə legitim yollarla, hüquqi müstəvidə gəlmək lazımdır. Bizdəki kimi yox.

-Yəni siz real fiziki gücə yox,  yalnız mənəvi dəstəyə ümid edirsiniz?

-Düşünürəm ki, qırğızların müdrüklüyi və mətinliyi kifayət edəcək. Ümid edirəm ki, ölkədə vəziyyət nazarət edəcək qüvvələr tapılacaq. Bu gün ən çox mənəvi dəstək lazımdır. Lakin Bişkəkdə baş verənlərdən sonra düşünürəm ki, bizə humanitar yardım da lazımdır.

-  Siz qorxmursunuz ki, əgər xalqın  müdrikliyi çatmasa, ölkədə vətəndaş müharibəsi başlaya bilər?

-Düşünmürəm ki, vəziyyət bu həddə çatsın. Burada, ölkənin cənubunda vəziyyət daha sakitdir, sağlar da, sollar da bir-birini anlamağa, qan tökülməsindən qaçmağa çalışır.

- Ölkənin iki hissəyə bölünməsi qorxusu varmı?

-Düşünürəm ki, parçalanma müəyyən mənada mövcuddur. Lakin onu dayandırmaq lazımdır. Və bunu etmək lazım gələcək.

-Cənab Bakiyev, siz müxalifət və Bişkəkdə milli etimad hökuməti təşkil etmiş adamlarla bərabər danışıqlara hazırsınızmı?

-Əgər özünü müvəqqəti hökumət elan etmiş hökumət mənimlə danışıqlara girmək istəyirsə, mən onlara qulaq asmağa, nə istədiklərini  eşitməyə hazıram.

- Siz xaricdən mənəvi dəstək barədə danışdınız. Rusiyanın baş naziri Vladimir Putin isə faktiki olaraq qırğız müxalifətini dəstəkləyib.  Bu cür reaksiyanı necə qiymətləndirirsıniz?

- Bu, başqa ölkədə baş verənlər barədə istənilən siyasətçinin qiymət vermək haqqıdır. Mən deyə bilərəm ki, 2005-ci ildə doğrudan da xalq inqilabı baş verəndə, o zaman xalq hamılıqla qalxdı və qan tökmədi, o zaman ağıllarda belə Ağ evi ələ  keçirmək yox idi, onda da Putin eyni sözləri deyirdi. O indi də deyir ki, baş verənlər daxili işlərdir. Bu onun dövlət xadimi, siyasətçi kimi  huququdur. Mən onun sözlərini şərh etmək istəmirəm.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir