Modern.az

Prezidentin ölümü ilə əlaqədar Polşaya başsağlıqları verilir

Prezidentin ölümü ilə əlaqədar Polşaya başsağlıqları verilir

Təhsil

10 Aprel 2010, 18:21

Polşa prezidenti Lex Kaçinski və xanımı da daxil olmaqla içərisində 132 nəfərin olduğu Tu-154 təyyarəsinin Rusiya ərazisində qəzaya uğramasının ilkin səbəbləri barədə bir neçə versiya qeyd edilir.

Rusiya tərəfinin məlumatına görə, Smolensk ətrafındakı təyyarə qəzasına səbəb qatı duman ola bilər. Digər məlumatda təyyarə ekipajının səhvə yol verdiyi bildirilir.

Rusiya mətbuatının məlumatına görə, Rusiya baş naziri Vladimir Putin və Polşanın baş naziri Donald Tusk hadisə yerinə gediblər.

Qəzaya uğrayan Tu-154 təyyarəsinin bir “qara qutusu” tapılıb. İkinci “qara qutu”nun axtarışı aparılır. Prezident Lex Kaçinskini səfər zamanı onun həyat yoldaşı, silahlı qüvvələrin baş qərərgah rəisi, xarici işlər nazirinin müavini, mərkəzi bankın rəhbəri və digər ölkə rəsmiləri müşaiyət edirmiş. Onların hamısı qəzada həlak olub.

Xarici mətbuatın məlumatına görə, Lex Kaçinskinin təyyarə qəzasında həlak olması ilə əlaqədar Konstitutsiya əsasında Polşa prezidentinin səlahiyyətləri ölkə parlamentinin (Seym) sədri Bronislav Komorovskiyə keçib.

“Reuters” agentliyi məlumat verib ki, Polşada növbədənkənar prezident seçkiləri təşkil olunacaq.

 

Prezident təyyarəsinin qəzaya uğraması və Polşanın siyasi elitasının həlak olması ilə bağlı Polşada ümummilli matəm elan olunub. Bu arada dünya liderləri və beynəlxalq təşkilatların rəhbərləri prezident Lex Kaçinskinin ölümünə görə Polşaya başsağlığı verirlər. Artıq Böyük Britaniya, Rusiya, Fransa, Almaniya, İspaniya, Əfqanıstan, Gürcüstan. NATO Polşaya başsağlığı veriblər.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir