Modern.az

Saakaşvili Lex Kaçinskini Gürcüstanın Milli Qəhrəmanı elan etdi

Saakaşvili Lex Kaçinskini Gürcüstanın Milli Qəhrəmanı elan etdi

Təhsil

10 Aprel 2010, 20:55

Polşa dövlət başçısı Lex Kaçinskinin Rusiyada faciəli şəkildə həlak olması  Gürcüstan prezidenti Mixail Saakaşvilini dərindən kədərləndirib. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, prezident Mixail Saakaşvili Gürcüstanın demokratiya inkişafı yolunda səylərini və Gürcsütanın milli qüvvələrinə göstərdiyi dəstəyə görə mərhum prezident Lex Kaçinskinin Gürcüstaın Milli Qəhrəmanı elan ounmasına dair fərman imzalayıb. Bu barədə məlumatı gürcü  prezidentinin mətbuat katibi Manana Mancqaladze verib

 

“Gürcüstan dünya arenasında ən böyük dostunu itirib. Avropa və Polşa ən böyuk siyasətiçini itirib. Mixail Saakaşvili hər zaman Gürcüstana qayğı göstərmiş şəxsi dostunu itirib”,-deyə mətbuat katibi bildirib.

 

“Polşa prezidentinin Gürcüstan qarşısında xidmətlərini qiymətləndirmək çətindir. Mərhum prezident beynəlxalq arenada Gürcüstanın maraqlarını müdafiə edib. Rusiyanın Gürcüstana hücumu zamanı isə Polşa prezidenti Lex Kaçinski Tiflisdə olub”,-deyə prezidenti Mixail Saakaşvili bildirib.

Saakaşvili Kaçinskini Gürcüstanın dostu adlandırıb və hər zaman azadlığın müdafiəçisi kimi qiymətləndirib. Gürcüstan prezidenti qeyd edib ki, Kaçinskini nəinki Polşa xalqı, hətta bütün dünya itirdi.

Polşa prezdentinin faciəli ölümü ilə əlaqədar aprelin 11-i Gürcüstanda matəm günü elan olunub. Bu barədə ölkə prezidenti Mixail Saakaşvili göstəriş verib.

 

Modern.az-ın ən son məlumatına görə, ABŞ –da səfərdə olan prezident Saakaşvili Vaşinqtondakı görüşlərini təxirə salaraq dostu Kaçinskinin dəfnində iştirak etmək üçün Polşaya yollanacaq. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir