Modern.az

Qırğızıstanda iğtişaşlar zamanı həlak olanların kütləvi dəfni

Qırğızıstanda iğtişaşlar zamanı həlak olanların kütləvi dəfni

Təhsil

11 Aprel 2010, 00:34

Qırğızıstanda prezident Kurmanbek Bakiyevə qarşı iğtişaşlar zamanı öldürülmüş 75 adamın dəfn mərasimi keçirilib. Mərasimi özünü elan etmiş yeni hökumət təşkil edib.

Aprelin 10-da televiziyada canlı yayımla kütləvi dəfn mərasiminə toplaşanlar nümayiş etdirilib. Bişkek yaxınlığındakı qəbiristanlıqda tabutlar qəbrə endirilib, ölənlərin qohumları qurbanların şəkilləri və adları yazılmış lövhələri mərasim boyunca əllərində saxlayıblar.
Bu həftənin əvvəlində, aprelin 7-dən başlayaraq, Qırğızıstanda nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurmada 78 nəfər həlak olub, 1600-dən çox xəsarət alıb.

İndi ölkəni müxalifətin yaratdığı müvəqqəti hökümət idarə edir. Paytaxtdan qaçan prezident Kurmanbek Bakıyev öz təhülkəsizliyi üçün narahatdır.

BBC-nin məlumatına görə, minlərlə adam Qırğızıstan paytaxtı Bişkekdən 20 km aralıda yerləşən, Ata-Beit qəbiristanlığında keçirilən dəfn mərasiminə qatılıblar. Başlarında ənənəvi ağ papaqlar olan kişilər və örpək örtmüş qadınlar əyləşərək ibadət ediblər. Onlar buraya Bişkekin əsas meydanında, aprelin 7-də təhlükəsizlik qüvvələri minlərlə nümayişçiyə atəş açarkən, qətlə yetirilmiş 78 nəfərin xatirəsini anmaq üçün gəliblər.

Qurbanların tabutları qırmızı rəngli milli bayraqlara bürünüb. Qətlə yetirlənlərin qohumları əllərində qurbanların şəkillərini turublar.
Dəfn mərasimində müvəqqəti hökümətin üzvləri də iştirak ediblər. Müvəqqəti hökümətin lideri Roza Otunbayeva iğtişaşlarda həlak olanları Qırğızıstanın əsil qəhrəmanları kimi səciyyələndirib. Qırğızıstan əhalisi arasında qaçqın düşmüş prezident Kurmanbek Bakıyevə qarşı ədavət artmaqdadır.

Çoxları onun hakimiyyəti altında, geniş yayılımış korrupsiya və iş yerlərinin olmaması üçbatından insanları küçələrə düşməyə məcbur edən həyatlarının dözülməz olmasından şikayətlənirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir