Modern.az

“Bakıda liftlə bağlı ən çox problem həftənin ilk iş günü olur”

“Bakıda liftlə bağlı ən çox problem həftənin ilk iş günü olur”

Təhsil

7 İyul 2014, 17:12



“Hər il Azərbaycana yeni liftlər gətirilir və istifadədən çıxan liftlər yenilənir”. Bunu Modern.az-a “Lifttəmir” İstehsalat Birliyi “TEMP” dövlət müəssisəsinin rəisi Üzeyir Aslanov deyib. Onun sözlərinə görə, 2013-cü ildə Bakıda 1100 lift dəyişib.
“2014-cü ildə isə hələ lift dəyişdirilməsi olmayıb. Siyahı hazır olsa da, hələ ölkəyə liftlər gətirilməyib”.

Ü.Aslanov qeyd edib ki, əsasən həftənin ilk iş günü liftlə bağlı problemlər yaşanır. “Bakıda köhnə binaların lift sistemində hər gün müxtəlif problemlər olur. Liftlər köhnəlib və əhali çox vaxt bundan əziyyət çəkir. Kimisi liftdə qalır, kimisi isə yüksək mərtəbəli binanı ayaqları ilə qalxmalı olur. Məsələn, dünən bazar olduğu üçün bu gün müraciətlərin sayı çoxdur”.  

Məltəm Talıbzadə
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?