Modern.az

Xarici İşlər Nazirliyi ABŞ rəsmisini “persona non qrata” elan etdi

Xarici İşlər Nazirliyi ABŞ rəsmisini “persona non qrata” elan etdi

Təhsil

7 İyul 2014, 22:48


Bəhreynin Xarici İşlər Nazirliyi ABŞ dövlət katibinin köməkçisi Tom Malinovskini “persona non qrata” elan edərək "qara siyahı" ya salıb.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb ABŞ Dövlət Departamenti rəsmisinin “Əl-Vıfak” şiə təşkilatının nümayəndələri ilə görüşü olub. Bəhreyn XİN bəyan edib ki, bu ölkənin daxili işlərinə qarışmaqdır.

Qeyd edək ki, “Əl-Vıfak” Bəhreynin aparıcı müxalifət təşkilatlarındandır.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?