Modern.az

Sinoptiklərdən XƏBƏRDARLIQ: hava kəskin dəyişəcək

Sinoptiklərdən XƏBƏRDARLIQ: hava kəskin dəyişəcək

Təhsil

14 Fevral 2015, 13:15

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, mülayim hava şəraitindən sonra fevralın 17-dən ikinci ongünlüyün sonuna kimi ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, şimal küləyinin güclənəcəyi, hava şəraitinin fasiələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 7-12 dərəcə enəcək. Bakıda da yağıntılı olacağı, şimal küləyinin əsəcəyi gözlənilir. Qeyd edək ki, sinoptiklər dəqiqləşdirmiş məlumatı bir daha təqdim edəcəklər.

Fevralın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında fevralın 15-də hava arabir yağıntılı olacaq. Gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təşkil edəcək.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı