Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Mətbuat Şurası ilə birlikdə “Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi” layihəsinə start verib. Modern.az xəbər verir ki, tədbirdə iştirak edən ARDNŞ-in vitse prezidenti Xoşbəxt Yusifzadə indiki dövrdə neftin, qazın hasilatı, barədə məlumat verib. Onun fikrincə, əvvəlkindən fərqli olaraq, hazırda ARDNŞ olduqca güclüdür.
Xoşbəxt Yusifzadə onu da qeyd edib ki, bp ilə 24 illik müqavilə imzalanıb: “Müqavilənin vaxtı bitdikdən sonra böyük ehtimal ki, yeni bir müqavilə olmayacaq”. Dünyada neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar Xoşbəxt Yusifzadə bildirib ki, bunun Azərbaycana heç bir aidiyyəti yoxdur.Qeyd edək ki, bu layihə ilk dəfədir keçirilir və neft-qaz mövzuları üzrə ixtisaslaşmaq istəyən gənc jurnalistlərin təcrübə biliklərinin və peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edir. Layihənin keçirilməsində əsas məqsəd Azərbaycan mediasında enerji mövzularının işıqlandırılması sahəsində keyfiyyətin yüksəlməsinə, gənc jurnalistlərin neft-qaz sektorunun müxtəlif sahələri və spesifik xüsusiyyətləri barədə biliklərini artırmalarına yardım göstərməkdən, ARSNŞ-ın fəaliyyət istiqamətləri ilə daha yaxından tanış olmalarına şərait yaratmaqdan ibarətdir.



Elçin İBRAHİMOV