Gələn ay Bakıda Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin görüşü keçiriləcək.
Modern.az saytının verdiyi xəbərə görə bunu Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov İranın XİN rəhbəri Məhəmməd Cavad Zəriflə keçirdiyi mətbuat konfransında deyib. Nazirin sözlərinə görə iclas çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.Elmar Məmmədyarov onu da bildirib ki, Azərbaycan İranla arasındakı dəmir yolunu bərpa etdikdən sonra bunu Rusiya və Avropa ilə birləşdirmək niyyətindədir.
Modern.az