Modern.az

Ermənistanda Siciliya mafiyası sayağı “razborka”

Ermənistanda Siciliya mafiyası sayağı “razborka”

Təhsil

16 Fevral 2015, 15:16

Ermənistanın Kotaysk vilayətinin Abovyan şəhərində mehmanxana direktoru öz əməkdaşının atasını girov götürüb.

Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, insident fevralın 15-də baş verib. Əməkdaşın mehmanxananın direktoruna külli miqdarda borcu olub. Bu səbəbdən direktor onu atası ilə birgə yanına çağıraraq pulunu tələb edib, hətta bir neçə dəfə işçini vurub. Əməkdaş pulu hiss-hissə qaytaracağına vəd verib, ancaq vədini yerinə yetirə bilməyib. Bu zaman direktor məsələni Siciliya mafiyası sayağı nizamlamaq qərarına gəlib, o, borclunun atasını oğurladıb. Nəticədə oğurlanan kişinin oğlu hüquq-mühafizə orqanlarına müraciət edib.

Özünü Siciliya mafiyası sayağı aparanın “Qış bağı” kompleksinin direktoru olduğu bildirilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!