Gürcüstan polisi Ermənistana 9 min 600 ədəd “Tramadol” narktik həbi aparmaq istəyən Türkiyə vətəndaşı Yusuf O-nu həbs edib.
Modern.az saytının məlumatına görə bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, türk vətəndaşın idarə etdiyi yük maşını saxlanıldıqdan sonra axtarış aparılıb. Bundan sonra “Tramadol” narkotik həbləri aşkarlanıb. Türkiyə vətəndaşı “Sarpi” gömrük məntəqəsindən aralandıqdan sonra saxlanılıb.
Onun barəsində cinayət işi açılıb.
Modern.az