Modern.az

Prezident İranın xarici işlər naziri ilə görüşdü

Prezident İranın xarici işlər naziri ilə görüşdü

Təhsil

16 Fevral 2015, 16:14

Prezident İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Modern.az xəbər verir ki,  dövlət başçısı İran prezidenti Həsən Ruhani ilə keçirdiyi görüşlər zamanı qəbul edilən qərarların önəmini vurğulayıb.

O, M. C. Zərifin başçılıq etdiyi nümayəndə heyətinin səfərinin məhsuldar olacağına və əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

M. C. Zərif isə ölkələr arasında ikitərəfli əlaqələrin dərin tarixə malik olduğunu söyləyib. O, ölkələr arasında əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.   Görüşdə regional təhlükəsizlik, terrorizmə qarşı mübarizə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, enerji, nəqliyyat, müasir texnologiyalar, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. 

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı