Modern.az

Sərkisyan Türkiyə ilə bağlı protokolları geri çağırdı

Sərkisyan Türkiyə ilə bağlı protokolları geri çağırdı

Təhsil

16 Fevral 2015, 21:30


Ermənistan prezidenti Serj Sərkisyan ölkə parlamentindən Ermənistan-Türkiyə arasında diplomatik əlaqələrin yaradılmasını özündə ehtiva edən protokolları geri çağırmaq haqqında qərar verib.

Modern.az saytı Ermənistan KİV-nə istinadla xəbər verir ki, bu barədə Serj Sərkisyan ölkə parlamentinin sədri Qalust Saakyana məktubla müraciət edib.

O bildirib ki, Ermənistan guya imzalanan protokolların reallaşdırılması üçün mövqe ortalığa qoyub. Serj Sərkisyanın sözlərinə görə Türkiyə tərəfi isə lazımi siyasi iradə ortaya qoymayıb. Ermənistan rəhbəri qeyd edib ki, qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində Türkiyə tarixi inkar edir.  

“Buna görə də mən ölkə parlamentinin Sürixdə imzalanmış “Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması haqqında”, “Ermənistan və Türkiyə arasında münasibətlərin inkişafı haqqında”  protokolları geri çağırması haqqında qərar qəbul etdim”,-deyə Sərkisyan məktubunda bildirib.    

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı