Modern.az

Tsarukyan və 4 partiyadaşı deputatlıqdan məhrum ediləcək

Tsarukyan və 4 partiyadaşı deputatlıqdan məhrum ediləcək

Təhsil

17 Fevral 2015, 11:42


“Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan və daha 4 deputat mandatlarını itirəcəklər. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli mətbuata gizli mənbələrdən informasiya daxil olub. Parlamentin spikeri Qalust Saakyan isə müxalifətçi deputatların deputat mandatının ləğv olunması ehtimalına konkret cavab verməyib: “Yoxlamalar bitdikdən sonra bu məsələni müzakirə edəcəyik”.

Erməni jurnalistlər Ermənistan parlamenti aparatının bu həftə ərzində yoxlamaları yekunlaşdıracağı və Mərkəzi Seçki Komissiyasına müvafiq protokolu təqdim edəcəyini ehtimal edir.

Digər məlumata görə, qanunverici orqanın iclaslarına qatılmadığı üçün Qaqik Tsarukyanla yanaşı, onun partiyasından olan daha 4 deputatın səlahiyyətlərinə xitam veriləcək. Həmin deputatlardan birinin Tsarukyanın qudası Karapet Quloyan olduğu bildirilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı