Modern.az

Viktoriya Nuland: "Ermənistan azərbaycanlı girovları buraxmalıdır"

Viktoriya Nuland: "Ermənistan azərbaycanlı girovları buraxmalıdır"

Təhsil

17 Fevral 2015, 13:18


"Ermənistanda saxlanılan azərbaycanlı girovlar qaytarılmalıdırlar". Trend xəbər verir ki, bunu çərşənbə axşamı Bakıda keçirilən mətbuat konfransında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bildirib.

Viktoriya Nuland qeyd edib ki, bu, humanitar addım kimi həyata keçirilməlidir: "Mən bu mövqeni sabah Yerevanda səsləndirəcəyəm”.

O, həmçinin qeyd edib ki, ABŞ son vaxtlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsindən narahatdır.

ABŞ dövlət katibinin köməkçisi qeyd edib: "Biz zorakılığa son qoyulmasının istərdik, biz tərəflərin masa arxasına qayıtmasını istəyirik. Bu prosesi dəstəkləmək istəyirik”.

Xəbər yenilənir

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz