Modern.az

“Pənah Hüseynin Seçki Məcəlləsi ilə bağlı təklifi müzakirə oluna bilər”

“Pənah Hüseynin Seçki Məcəlləsi ilə bağlı təklifi müzakirə oluna bilər”

Təhsil

17 Fevral 2015, 15:35


“Hər partiyanın müxtəlif təklifləri ola bilər. Seçki Məcəlləsinin müzakirəyə çıxarılması ilə bağlı Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin söylədiyi də digər partiyaların təkliflərindən biridir”. Bunu Modern.az-a YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, partiyaların təklif verməsi normaldır: “İqtidar-müxalifət dialoqu ilə əlaqədar hər bir siyasi partiya öz təkliflərini verə bilər. Təkliflər hamısı yığılaraq partiyalara göndərilir. Onlardan hansı aktualdırsa, bütün partiyalar bir neçə mövzunu götürür və partiyada müzakirə olunur. 10-12 təklif var. Həmin təkliflərin bəziləri bu gün üçün zəruridir. Bəziləri gələcək üçün aktual ola bilər. Burda sıralama qaydası qoyulur. Bütün partiyalar razılığa gəldikdən sonra həmin təkliflər gündəliyə çıxarılır və müzakirə olunur”.

AXP-nın sədri Pənah Hüseyn növbəti dəfə iqtidar-müxalifət dialoqu baş tutarsa, Seçki Məcəlləsinin müzakirəyə çıxarılmasının vacib olduğunu bildirib.

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı