ABŞ-ın Müdafiə Nazirliyi hesabatlarında indiyə qədər “İraq Şam İslam Dövləti”nə (İŞİD) qarşı təşkil olunan koalisiyaya 60 ölkənin qatıldığını və 14 ölkənin aktiv şəkildə hava hücumlarında iştirak ediyini qeyd edib. ABŞ-ın iştirakı ilə İŞİD-ə qarşı həyata keçirilən hava hücumları nə qədər təsirli olub?
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İŞİD-in sıralarında 30 mindən çox döyüşçü var. Onların 16 mini İraq və Suriyadan, 14 min, avropalılar isə min nəfərdən ibarətdir. Koalisiya qüvvələri İraqda İŞİD-dən indiyə qədər 700 kilometr kvadrat torpağı geri almağı bacarıb. Bu, sadəcə İraqda İŞİD-in əlindəki torpaqların yüzdə birinə qarşılıqdır. Pentaqonun verdiyi məlumata görə, ABŞ başçılığındakı koalisya qüvvələrinin hücumları başladıqdan sonra İŞİD-dən geri alınan bölgələr 1 faizdir.
ABŞ hökuməti və Watson Beynəlxalq araşdırmalar mərkəzinin verdiyi məlumata görə 2015-ci il yanvarın 9-dan etibarən başlanan əməliyyatın xərci 8.3 milyard dollardır. ABŞ-ın 2001-2014-cü illər arasında İraq, Əfqanıstan və Pakistanda hazırladığı əməliyyatların orta hesabla günlük xərci isə 797 milyon dollardır.
Şahin Qocayev