Modern.az

UEFA "Qarabağ" - "İnter" oyunu haqda qərar verdi: Hakimlər cəzalanacaq!

UEFA "Qarabağ" - "İnter" oyunu haqda qərar verdi: Hakimlər cəzalanacaq!

Təhsil

17 Fevral 2015, 20:28


Bu gün UEFA-da "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin son turunda "İnter"lə keçirilən oyunla (0:0) bağlı apellyasiya şikayətinə baxılıb.

Xatırladaq ki, Avropa Liqasının qrup mərəhələsinin VI turunda baş tutan `Qarabağ` (Azərbaycan) - `İnter` (İtaliya) görüşünün sonuna əlavə olunmuş 4-cü dəqiqədə komandamız qol vursa da, oyunu idarə edən hakimlər briqadası qolu hesaba almamış, nəticədə komandamız yarışda mübarizəni dayandırmışdı.

Modern.az saytı xəbər verir ki, baş vermiş bu haqsızlıqla bağlı "Qarabağ"ın şikayətindən sonra gözlənilən qərar açıqlandı. UEFA oyunun yenidən keçirilməsi haqqında qəbul vermədi. Amma Avropa futbol qurumunun açıqladığı qərarda hakimin oyunda fərdi xəta reallaşdırdığı bildirilib. "Qarabağ"ın təmiz qol vurması hakim qərarıyla əngəllənsə də, bunun oyun qaydalarının pozulmasıyla uzlaşmadığı ifadə olunub. Belə də oyunun nəticəsi dəyişdirilməsə də, "Qarabağ"ın hakimin cəzalandırılması yönündəki tələbi reallaşacaq. Hakimlərlə bağlı müvafiq qurum tərəfindən qərar çıxarılacağı bildirilib.

Beləliklə, çexiyalı Zelinkanın başçılıq etdiyi hakimlər briqadasının cəzalandırılacağı gözlənilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı