Modern.az

Çempionlar Liqasında 1/8 final başladı - İlk NƏTİCƏLƏR

Çempionlar Liqasında 1/8 final başladı - İlk NƏTİCƏLƏR

Təhsil

18 Fevral 2015, 02:48


Fevralın 18-nə keçən gecə Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarına start verilib. Modern.az saytı xəbər verir ki, ilk oyun gecəsində iki qarşılaşma keçirilib.

Fransada yerli PSJ öz meydanında "Çelsi"ni qəbul edib. Görüşdə qapıra iki qol vurulub – 1:1.

Digər qarşılaşma Ukraynada keçirilib.  Burada yerli "Şaxtyor" Almaniyanın "Bavariya" klubunu qəbul edib. Bu qarşılaşma 0:0 hesabı ilə bitiub.

Qeyd edək ki, 1/8 finalın digər iki qarşılaşması fevralın 19-na keçən gecə, qalan 4 oyun  isə 24-25 fevral tarixlərində keçiriləcək.

PSJ (Fransa) - "Çelsi" (İngiltərə) - 1:1
Qol:
İvanoviç, 36 (0:1), Kavani, 54 (1:1)

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Bavariya" (Almaniya) 0:0
Qırmızı vərəqə:
Xavi Alonso, 65 ("Bavariya")

 18 fevral

"Bazel" (İsveçrə) - "Portu" (Portuqaliya)
"Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)

24 fevral

"Yuventus" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)
"Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya)

25 fevral

"Arsenal" (İngiltərə) - "Monako" (Fransa)
"Bayer" (Leverkuzen, Almaniya) - "Atletiko" (Madrid, İspaniya)

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı