Modern.az

Putin Debaltsevo ilə bağlı Kiyevə müraciət etdi

Putin Debaltsevo ilə bağlı Kiyevə müraciət etdi

Təhsil

18 Fevral 2015, 10:30

Atəşkəs rejiminə baxmayaraq, Ukraynanın şərqində yerləşən, strateji cəhətdən böyük əhəmiyyət kəsb edən, Debaltsevo şəhəri uğrunda şiddətli döyüşlər gedir.

Modern.az xarici KİV-lərə istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin Kiyevə müraciət edərək deyib ki, Debaltsevo şəhərində rusiyapərəst yaraqlıların mühasirəsində olan əsgərlərin təslim olmasına icazə verilsin, onlar silahı yerə qoysunlar. O, əsgərlərin geri çəkilməsi üçün etibarlı bir dəhliz açılacağına ümid etdiyini bildirib.

Debaltsevoni həftələrlə üç tərəfdən mühasirədə saxlayan separatçıların şəhərin 80 faizini nəzarət altına aldığı bildirilir. Hazırda Ukrayna əsgərləri separatçıların mühasirəsindədir.

Şahin Qocayev

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz