Modern.az

Baydenin Pentaqonun yeni rəhbərinin arvadını qucaqlaması qalmaqla səbəb oldu – VİDEO

Baydenin Pentaqonun yeni rəhbərinin arvadını qucaqlaması qalmaqla səbəb oldu – VİDEO

Təhsil

18 Fevral 2015, 10:39

ABŞ-ın vitse-prezidenti Co Bayden  Pentaqonun yeni rəhbəri Eşton Karterin andiçməsi zamanı davranışı qalmaqala səbəb olub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Karterin çıxışı zamanı yanında olan Bayden müdafiə nazirinin həyat yoldaşı Stefana Karteri yanına çağırıb. Bundan sonra qadın vitse-prezidentin qarşısında dayananda o, əllərini Stefananın çiyinlərinə qoyub. Sonra Bayden həyəcanlanan qadının qulağına nəsə pıçıldayıb, o isə cavab verib.

Müdafiə nazirinin həyat yoldaşı ilə bağlı digər məzəli hadisə Ağ evdən çıxanda baş verib. O, maşından düşərkən ayağı sürüşərək yıxılıb.



Modern.az
Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...