Ukrayna rəhbəri Pyotr Poroşenko ABŞ-ın vitse-prezidenti Co Baydenlə telefon söhbətində Debaltsevo şəhərindəki gərgin vəziyyəti müzakirə edib.
Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə Co Bayden “Normand dördlüyü” formatında əldə edilən Minsk razılaşmalarına Rusiyanın əməl etmədiyinə diqqət çəkib. O bildirib ki, Rusiya Minsk razılaşmalarının pozulması üçün cavab verməli olacaq.Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın Minsk razılaşmasına əməl etməməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclaslarında ABŞ-ın Kiyevə göstərdiyi dəstəyə görə Baydenə təşəkkür edib. Poroşenko ABŞ-ın Ukraynaya dəstək verməsini də istəyib.
Modern.az