Modern.az

İŞİD insan orqanı alveri edir

İŞİD insan orqanı alveri edir

Təhsil

18 Fevral 2015, 11:03


İraqın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi iddia edib ki, “İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşması ölənlərin daxili orqanlarının ticarəti ilə məşğul olur.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, onun fikrincə, orqan ticarəti terror təşkilatının maliyyələşməsi üçün ən vacib yollardan biridir. O, iddia edib ki, kütləvi saxlanma yerlərindəki meyitlərin üzərində cərrahiyyə əməliyyatları aparıldığı aşkarlanıb, o cümlədən ölənlərin hamısının böyrəkləri götürülüb.

Onun sözlərinə görə, yaraqlılar ehtimal ki, kütləvi qəttləri ona görə törədirlər ki, sonradan onların orqanlarını əldə etsinlər.

İraqın nümayəndəsi beynəlxalq ictimaiyyəti bununla bağlı araşdırma aparmağa da çağırıb.      

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı